https://sputnik.az/20211210/bu-gun-moskvada-32-formatinda-ilk-gorus-kecirilecek-437127198.html
Daha yüksək səviyyədə görüş təşkil oluna bilər - Xələf Xələfov
Daha yüksək səviyyədə görüş təşkil oluna bilər - Xələf Xələfov
Sputnik Azərbaycan
XİN rəhbərinin müavini Moskvadakı görüşdən sonra bildirib ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə... 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T20:55+0400
2021-12-10T20:55+0400
2021-12-10T23:00+0400
siyasət
görüş
türkiyə
rusiya
moskva
iran
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_0:0:3071:1728_1920x0_80_0_0_924eb10d44ca8b12b4e7b0dba68774ac.jpg
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov KİV-in Moskva şəhərində keçirilmiş “3+2” fomatında görüş ilə bağlı sualını cavablandırıb.Sputnik Azərbaycan XİN-in məlumatına istinadən bildirir ki, nazir müavininin sözlərinə görə, Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq.İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcəkdir.Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaqdır.Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər.Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.------------18:41Cənubi Qafqaz üzrə "3+2" formatının iştirakçıları Moskvadakı görüşdən imtina edən Gürcüstanın da platformaya qatılmağını istəyirlər.Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir."Tbilisi üçün qapı açıqdır", - qurumdan əlavə ediblər.Bildirilir ki, iclasda çoxsahəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub: "Platformanın işini bütün iştirakçıların maraqlarını təmsil edən praktiki məsələlərdə cəmləmək razılaşdırılıb. Bunlar arasında - etimadın artırılması üzrə tədbirlər, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar məsələlərdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə yer alır".---------10:20Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+2" formatında regional platformanın ilk toplantısı keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.Danışıqların "3+3" formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.Həmçinin oxuyun:Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblərSoçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmalƏrdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_340:0:3071:2048_1920x0_80_0_0_462f91e452892276b4d90af48aa65746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
görüş, türkiyə, rusiya, moskva, iran, azərbaycan
görüş, türkiyə, rusiya, moskva, iran, azərbaycan
Daha yüksək səviyyədə görüş təşkil oluna bilər - Xələf Xələfov
20:55 10.12.2021 (Yenilənib: 23:00 10.12.2021) XİN rəhbərinin müavini Moskvadakı görüşdən sonra bildirib ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov KİV-in Moskva şəhərində keçirilmiş “3+2” fomatında görüş ilə bağlı sualını cavablandırıb.
Sputnik Azərbaycan XİN-in məlumatına istinadən bildirir ki, nazir müavininin sözlərinə görə, Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq.
İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.
Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcəkdir.
Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaqdır.
Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər.
Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.
Cənubi Qafqaz üzrə "3+2" formatının iştirakçıları Moskvadakı görüşdən imtina edən Gürcüstanın da platformaya qatılmağını istəyirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir.
"Tbilisi üçün qapı açıqdır", - qurumdan əlavə ediblər.
Bildirilir ki, iclasda çoxsahəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub: "Platformanın işini bütün iştirakçıların maraqlarını təmsil edən praktiki məsələlərdə cəmləmək razılaşdırılıb. Bunlar arasında - etimadın artırılması üzrə tədbirlər, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar məsələlərdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə yer alır".
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+2" formatında regional platformanın ilk toplantısı keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.
Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.
Danışıqların "3+3" formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.