https://sputnik.az/20211207/qizil-xac-ve-qizil-aypara-cemiyyetleri-numayendeleri-azerbaycandadirlar-437027703.html
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri nümayəndələri Azərbaycandadırlar
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri nümayəndələri Azərbaycandadırlar
Sputnik Azərbaycan
Caqannat Çapaqeyn qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb. 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T12:48+0400
2021-12-07T12:48+0400
2021-12-07T12:48+0400
azərbaycan xəbərləri
görüş
beynəlxalq qızıl xaç komitəsi
qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
beynəlxalq qırmızı xaç və qırmızı aypara federasiyası
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923837_0:0:3071:1728_1920x0_80_0_0_30986ec79a34137a3b22780f72e76cef.jpg
BAKI, 7 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Sputnik Azərbaycan Komitənin saytına istinadla xəbər verir ki, qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.Caqannat Çapaqeyn səmimi görüşə görə təşəkkür edib, qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb. Bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluğu və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxananın şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park – 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər.Həmçinin oxuyun:* Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"* Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı* Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər* Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb* Azərbaycanın hərbi qulluqçusu iki erməni ilə dəyişdirilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/38/423923837_0:0:2731:2048_1920x0_80_0_0_bd9302efe9dd3ec618cffe2ab2382c03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
görüş, beynəlxalq qızıl xaç komitəsi, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, beynəlxalq qırmızı xaç və qırmızı aypara federasiyası
görüş, beynəlxalq qızıl xaç komitəsi, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, beynəlxalq qırmızı xaç və qırmızı aypara federasiyası
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri nümayəndələri Azərbaycandadırlar
Caqannat Çapaqeyn qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb.
BAKI, 7 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Komitənin saytına istinadla xəbər verir ki, qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.
Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.
Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Caqannat Çapaqeyn səmimi görüşə görə təşəkkür edib, qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb. Bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluğu və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxananın şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park – 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər.
* Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
* Dövlət Komissiyası
Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb