CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzulidə ağacda çəkmələr
Füzulidə ağacda çəkmələr - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
BAKI, 30 sentyabr - Sputnik. Ermənistan tərəfi əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı çoxsaylı müharibə cinayətləri törədib. Əsir və girov götürülmüş şəxslər çox halda qeyri-insani şəraitdə, ayrı-ayrı evlərdə səhra komandirlərinin nəzarəti altında saxlanılıb, onlara qarşı vəhşiliklər törədilib. Həmin şəxslər ərazilərin sökülməsi, qəbristanlıqları dağıdılması prosesinə zorla cəlb ediliblər.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı keçirilən mətbuat konfransında deyib.
© Sputnik / Shahperi Abbasova
Во время пресс-конференции, посвященной решению проблемы пропавших без вести и военнопленных - Sputnik Azərbaycan, 1920, 30.09.2021
O bildirib ki, münaqişə dövründə Azərbaycan vətəndaşlarına qarşı soyqırımı, etnik təmizləmə siyasəti yeridilib. I Qarabağ müharibəsi dövründə 872 Azərbaycan vətəndaşının ermənilər tərəfindən əsir və girov götürüldüyünü deyən E.Səmədov onların arasında 50-dən artıq ailənin 2-dən 7-dək üzvünün olduğunu bildirib.
Müavin qeyd edib ki, qarşı tərəf saxlanılma faktlarını təsdiqləsə də, itkin düşmüş ermənilərin adını bəyan edərək, onların tapılacağı təqdirdə azərbaycanlı əsir və girovların geri qaytarılacağını söyləyirdi: “Bu, kobud hüquq pozuntusudur. Ümumiyyətlə, əsir və girovların azad olunması prosesində mülki vətəndaşların buraxılması üçün şərt irəli sürülə bilməz. Lakin Ermənistan tərəfi kobud qanun pozuntusuna yol verərək onları azad etmirdi”.
© Sputnik / Shahperi Abbasova
Во время пресс-конференции, посвященной решению проблемы пропавших без вести и военнопленных - Sputnik Azərbaycan, 1920, 30.09.2021
E.Səmədov Ermənistan tərəfinin münaqişə dövründə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması üçün qurbanların ailələrindən dəfələrlə külli məbləğdə pul tələb etdiyini də deyib.
“Onlar övladı əsir götürülmüş anaya Xankəndidən zəng edərək azadlığa buraxılması üçün birinci dəfə 50 min rubl tələb ediblər. Üçüncü dövlətin ərazisində həmin pulu götürən ermənilər qadının övladını qaytarmayıblar. Daha sonra həmin qadından 4-5 dəfə pul tələb edilib. Bundan əlavə, rütbəli erməni hərbçi Elmira Ağayan əsir götürülmüş daha bir şəxsin əmisinə zəng edərək onun qaytarılması üçün itkin düşmüş erməninin tapılmasını və ondan 1 milyon rubl tələb edib. E.Ağayan 3-cü dövlətin ərazisində pulu aldıqdan sonra atanı da əsir götürüb. Beynəlxalq təşkilatların təzyiqlərindən sonra həmin şəxsi buraxmağa məcbur olublar”.
Eldar Səmədov
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini
Qeyd edək ki, tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən 6 dildə (Azərbaycan, rus, ingilis, fransız, ərəb və alman) bəyanat səsləndirilib. Birliyin icraçı direktoru Zamin Zeynal qeyd edib ki, erməni vandalizmi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərə beynəlxalq hüquq təşkilatları diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir.
"Yüzlərlə soydaşımız erməni qəsbkarlığının qurbanı olaraq soyqırıma, terrora, işgəncələrə, insanlığa sığmayan vəhşiliyə məruz qalıblar. Çox sayda vətəndaşlarımız var ki, onlar hazırda itkin düşmüş, girov götürülmüş öz doğmaları haqqında təsəlli üçün hər gün, hər an ən yeni məlumatlar axtarışındadır. Bu nisgilə, həsrətə son qoymaq üçün dünya ictimaiyyətini bəşəri həmrəyliyə səsləyirlər", - Z.Zeynal əlavə edib.
Xəbər lenti
0