Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın hərbi qulluqçusu iki erməni ilə dəyişdirilib

© Sputnik / StringerКомандующий российским миротворческим контингентом в Карабахе генерал-лейтенант Рустам Мурадов посетил арестованного азербайджанского военнослужащего Джамиля Бабаева
Командующий российским миротворческим контингентом в Карабахе генерал-лейтенант Рустам Мурадов посетил арестованного азербайджанского военнослужащего Джамиля Бабаева - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb.
BAKI, 7 sentyabr — Sputnik. Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni əsgərlə dəyişdirilib.
Sputnik Ermənistan-ın yazdığına görə, onların olduğu təyyarə Bakıdan Yerevana uçub.
Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.
"Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb".
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb.
C.Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.
Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
03.09.2021- 14:35
Rüstəm Muradov Xankəndində azərbaycanlı hərbçiyə baş çəkdi
Azərbaycan ərazisi olan Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov Xankəndində azərbaycanlı əsgər Cəmil Babayevə baş çəkib. Bu barədə məlumatı Sputnik Ermənistan yayıb. 
Muradov azərbaycanlı hərbçinin səhhəti və saxlanma şəraiti ilə tanış olub. Məlumatda bildirilir ki, azərbaycanlı əsgərin xahişi ilə ona ailə üzvləri və yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılacaq.
Xatırladaq ki, avqustun 26-i Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini bildirib.
Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.
Həmçinin oxuyun:
* MN Gəncə hospitalını tərk edən hərbçi barədə məlumat yaydı
Xəbər lenti
0