https://sputnik.az/20210910/Prezident-lham-liyev-Nobel-mkafat-laureatn-tltif-edib-427894007.html
İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
Sputnik Azərbaycan
Əziz Sancar 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT... 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T15:38+0400
2021-09-10T15:38+0400
2021-11-16T20:29+0400
xəbərlər
cəmiyyət
elm
nobel
nobel mükafatı
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425535365_0:0:2700:1520_1920x0_80_0_0_88a5caacf0f2f7451d6c6d9b258f9578.jpg
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.Sputnik Azəbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, Əziz Sancar türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamıdır. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır.DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri,Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil edilib.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425535365_0:0:2400:1800_1920x0_80_0_0_f4389bf9fbd2231b0faf493ae99989ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nobel, nobel mükafatı, dünya
xəbərlər, nobel, nobel mükafatı, dünya
İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
15:38 10.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Əziz Sancar 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Sputnik Azəbaycan xəbər verir ki, bununla bağlı Prezident
İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əziz Sancar türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamıdır. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.
Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır.
DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri,Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil edilib.