ELM

Aziz Sancar azərbaycanlı tələbələrlə işləməyə yaxşı baxsa da...

© Sputnik / Nigar IskanderovaAziz Sancar
Aziz Sancar - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
BAKI, 6 dekabr — Sputnik. "Əgər Azərbaycandan tələbə gəlmək istərsə, çox məmnun olaram. Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram və mənimlə çalışmağa gələrlərsə, qəbul edərəm".
Sputnik Azərbaycan bildirir ki, bunu Nobel mükafatçısı Aziz Sancar Bakıda keçirdiyi brifinqdə deyib.

"Elmdə bir sahəyə köklənmək daha yaxşıdır. Digər laboratoriyalarla birgə əməkdaşlıq etmədən öz işimə fokuslanmaq istəyirəm. Azərbaycandan tələbələr gəlsə, əlbəttə, məmnun olardım. Çünki bir tələbəm vardı, çalışqan və çox tərbiyəli idi. İki il ərzində iki məqaləsi çap olundu. Bu, çox az təsadüf edilən haldır. Çünki bir məqalə adətən 5-10 ilimizi alır".

Ancaq Sancar Azərbaycandan, eləcə də digər ölkələrdən olan elm adamları ilə çalışmaq imkanının olmadığını bəyan edib: "Hazırda yaşla bağlı başqa işlə məşğul olmaq imkanım yoxdur. Nobel mükafatı aldıqdan sonra Türkiyədən də bir çox iş təklifləri aldım. Lakin dünyamiqyaslı laboratoriya qurmaq 5-10 il vaxt aparır. Nobel mükafatını alanda 70 yaşım vardı. Türkiyədə laboratoriya qursaydım, 10 il vaxtımı alacaqdı. Nəticədə 80 yaşıma çatacaqdım. Bu yaşdakı alimdən də yüksək nəticə gözləmək düzgün deyil. Bu səbəbdən əlavə iş götürməyim mümkün deyil".
Sancar bildirib ki, Azərbaycan bir çox qida məhsullarını xaricdən idxal etdiyinə görə bu sahədə təhsil vermək və elm adamları yetişdirmək önəmlidir: "Azərbaycanın bu işlər üzərində çalışması lazımdır".
Aziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görülüb.
Eləcə də oxuyun:
* Aziz Sancar: "Söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam"
* Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı
* İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
Xəbər lenti
0