https://sputnik.az/20211206/aziz-sancar-soz-vermisdim-ki-susa-azad-edilse-orada-mescidde-namaz-qilacam-436985048.html
Aziz Sancar: "Söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam"
Aziz Sancar: "Söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam"
Sputnik Azərbaycan
BAKI, 6 dekabr — Sputnik. "İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir. Qazanılan... 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T12:15+0400
2021-12-06T12:15+0400
2021-12-06T13:32+0400
elm
brifinq
şuşa
aziz sancar
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425535370_0:0:2731:1537_1920x0_80_0_0_c24add63bd1c03b41a982606cced9a9b.jpg
BAKI, 6 dekabr — Sputnik. "İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir. Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim".Sputnik Azərbaycan bildirir ki, bu sözləri Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Aziz Sancar Bakıda keçirdiyi mətbuat konfransında deyib.Sancar Şuşa barədə arzularını da dilə gətirib: "Özümə söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam ki, ölsəm, gözüm arxada qalmasın. Allaha çox şükür ki, arzumu yerinə yetirdim".Alim deyib ki, ermənilərin törətdiyi vəhşiliklər insanlığa sığmır: “Qarabağa səfər çərçivəsində Bakıdan Füzuliyə təyyarə ilə, oradan isə Şuşaya avtomobil yolu ilə səfər etdim. Orada gördüyüm binalardan biri də normal vəziyyətdə deyildi. Ermənilərdəki bu qədər kin-küdurət harada gəlir? Onlar bunu etməklə dünyaya hansı mesaj verirlər? Bir insan bunu etməz".Xatırladaq ki, bir neçə gün əvvəl UNEC iqtisadi forumundakı çıxışında Sancar Qarabağda qələbənin asanlıqla qazanılmadığını, bütün türk dünyasının şəhidlərə minnətdar olduğunu bildirmişdi."Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycan II Qarabağ müharibəsində ermənilərə layiqincə dərs verib həqiqəti dünya ictimaiyyətinə göstərdi", - Sancar bildirmişdi.Aziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görülüb.Eləcə də oxuyun:* Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı* İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425535370_0:0:2731:2048_1920x0_80_0_0_6ac62481fd0ca397ca04fc7a60c8c076.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
brifinq, şuşa, aziz sancar
brifinq, şuşa, aziz sancar
BAKI, 6 dekabr — Sputnik. "İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir. Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim".
Sputnik Azərbaycan bildirir ki, bu sözləri Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor
Aziz Sancar Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Sancar Şuşa barədə arzularını da dilə gətirib: "Özümə söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam ki, ölsəm, gözüm arxada qalmasın. Allaha çox şükür ki, arzumu yerinə yetirdim".
Alim deyib ki, ermənilərin törətdiyi vəhşiliklər insanlığa sığmır: “Qarabağa səfər çərçivəsində Bakıdan Füzuliyə təyyarə ilə, oradan isə Şuşaya avtomobil yolu ilə səfər etdim. Orada gördüyüm binalardan biri də normal vəziyyətdə deyildi. Ermənilərdəki bu qədər kin-küdurət harada gəlir? Onlar bunu etməklə dünyaya hansı mesaj verirlər? Bir insan bunu etməz".
Xatırladaq ki, bir neçə gün əvvəl UNEC iqtisadi forumundakı çıxışında Sancar Qarabağda qələbənin asanlıqla qazanılmadığını, bütün türk dünyasının şəhidlərə minnətdar olduğunu bildirmişdi.
"Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycan II Qarabağ müharibəsində ermənilərə layiqincə dərs verib həqiqəti dünya ictimaiyyətinə göstərdi", - Sancar bildirmişdi.
Aziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatına amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görülüb.