https://sputnik.az/20211203/de-byazi-olmasaydi-436913815.html
De Byazi olmasaydı...
De Byazi olmasaydı...
Sputnik Azərbaycan
Media Təhlil Mərkəzi futbol üzrə milli komandanın baş məşqçisi barədə sorğu keçirib. 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T15:22+0400
2021-12-03T15:22+0400
2021-12-03T15:22+0400
futbol
idman
sorğu
milli komanda
canni de byazi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427856302_0:0:1034:582_1920x0_80_0_0_a7eb15b748ed9d50e31578b5c0bdb91e.jpg
BAKI, 3 dekabr — Sputnik. Vətəndaşların futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı aparılacaq müzakirələrə dair fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 26-30 noyabr tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 742 respondentin 22%-ni qadınlar, 78%-ni kişilər təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, respondentlərə verilən ilk sual Canni De Byazi ilə müqavilənin müddətinin uzadılmayacağı təqdirdə verilən qərara münasibətləri ilə bağlı olub. İştirakçıların 51%-i bu qərarı dəstəkləyəcəyini, 26%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib. Cavab verənlərin 23%-i De Byazi ilə yolları ayırmaq qərarını yanlış hesab edib.Sorğu iştirakçılarının 63%-i Canni De Byazi ilə yeni müqavilə imzalanmayacağı halda milli komandamızın baş məşqçisi postuna yerli, 16%-i isə əcnəbi mütəxəssisin gətirilməsini uyğun hesab edib. Cavab verənlərin 21%-i isə "fərqi yoxdur" variantını seçib.Növbəti sualla futbol üzrə Azərbaycan milli komandasının inkişafına daha çox təsir edən məşqçini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:Şahin Diniyev (2005–2007) – 10%;Berti Foqts (2008–2014) – 17%;Robert Prosineçki (2014 – 2017) – 25%;Qurban Qurbanov (2017 – 2018) – 41%;Nikola Yurçeviç (2019 – 2020) – 3%;Canni De Byazi (2020-ci ildən indiyədək) – 6%;Digər – 8%;Cavab verməkdə çətinlik çəkirəm – 22%.Respondentlər milli komandamızın baş məşqçisi postunda görmək istədikləri yerli mütəxəssisin adını da açıqlayıblar. Hazırda "Zirə" futbol klubunu çalışdıran Rəşad Sadıqovu milli komandamızın baş məşqçisi postunda görmək istəyənlər cavab verənlərin 44%-ni təşkil edib. İştirakçıların 10%-i "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abbasovu, 10%-i "Neftçi"nin keçmiş baş məşqçisi Nazim Süleymanovu, 5%-i milli komandanın hazırkı köməkçi məşqçisi Arif Əsədovu, 3%-i isə "Sumqayıt" klubunun hazırkı çalışdırıcısı Ayxan Abbasovu milli komandanın baş məşqçisi vəzifəsinə uyğun hesab edib. "Digər" variantını seçənlər respondentlərin 28%-ni təşkil edib.Qeyd edək ki, dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin 2022-ci ilin oktyabr ayına qədər uzadılmasına qərar verilib.Eləcə də oxuyun:* AFFA Canni De Byazi ilə bağlı qərar verdi * Fransa millisinin sabiq oyunçusu Messinin mükafat almasını qarət adlandırdı* Baş məşqçinin kürəkəni hakimi döyüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427856302_0:0:1020:765_1920x0_80_0_0_b325ac81c8265c6e17a34d75dd646e5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
futbol, sorğu, milli komanda, canni de byazi
futbol, sorğu, milli komanda, canni de byazi
De Byazi olmasaydı...
Media Təhlil Mərkəzi futbol üzrə milli komandanın baş məşqçisi barədə sorğu keçirib.
BAKI, 3 dekabr — Sputnik. Vətəndaşların futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı aparılacaq müzakirələrə dair fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 26-30 noyabr tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 742 respondentin 22%-ni qadınlar, 78%-ni kişilər təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, respondentlərə verilən ilk sual
Canni De Byazi ilə müqavilənin müddətinin uzadılmayacağı təqdirdə verilən qərara münasibətləri ilə bağlı olub. İştirakçıların 51%-i bu qərarı dəstəkləyəcəyini, 26%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib. Cavab verənlərin 23%-i De Byazi ilə yolları ayırmaq qərarını yanlış hesab edib.
Sorğu iştirakçılarının 63%-i Canni De Byazi ilə yeni müqavilə imzalanmayacağı halda milli komandamızın baş məşqçisi postuna yerli, 16%-i isə əcnəbi mütəxəssisin gətirilməsini uyğun hesab edib. Cavab verənlərin 21%-i isə "fərqi yoxdur" variantını seçib.
Növbəti sualla futbol üzrə Azərbaycan milli komandasının inkişafına daha çox təsir edən məşqçini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:
Şahin Diniyev (2005–2007) – 10%;
Berti Foqts (2008–2014) – 17%;
Robert Prosineçki (2014 – 2017) – 25%;
Qurban Qurbanov (2017 – 2018) – 41%;
Nikola Yurçeviç (2019 – 2020) – 3%;
Canni De Byazi (2020-ci ildən indiyədək) – 6%;
Cavab verməkdə çətinlik çəkirəm – 22%.
Respondentlər milli komandamızın baş məşqçisi postunda görmək istədikləri yerli mütəxəssisin adını da açıqlayıblar. Hazırda "Zirə" futbol klubunu çalışdıran Rəşad Sadıqovu milli komandamızın baş məşqçisi postunda görmək istəyənlər cavab verənlərin 44%-ni təşkil edib. İştirakçıların 10%-i "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abbasovu, 10%-i "Neftçi"nin keçmiş baş məşqçisi Nazim Süleymanovu, 5%-i milli komandanın hazırkı köməkçi məşqçisi Arif Əsədovu, 3%-i isə "Sumqayıt" klubunun hazırkı çalışdırıcısı Ayxan Abbasovu milli komandanın baş məşqçisi vəzifəsinə uyğun hesab edib. "Digər" variantını seçənlər respondentlərin 28%-ni təşkil edib.
Qeyd edək ki, dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin 2022-ci ilin oktyabr ayına qədər uzadılmasına qərar verilib.