https://sputnik.az/20211202/fransa-millisinin-sabiq-oyuncusu-messinin-mukafat-almasini-qaret-adlandirdi-436870067.html
Fransa millisinin sabiq oyunçusu Messinin mükafat almasını qarət adlandırdı
Fransa millisinin sabiq oyunçusu Messinin mükafat almasını qarət adlandırdı
Sputnik Azərbaycan
BAKI, 2 dekabr - Sputnik. Fransa millisinin sabiq oyunçusu Patris Evra "Qızıl top"un "Bavariya"nın hücumçusu Robert Levandovskiyə deyil, növbəti dəfə "Pari... 02.12.2021, Sputnik Azərbaycan
2021-12-02T08:59+0400
2021-12-02T08:59+0400
2021-12-02T08:59+0400
idman
futbol
lionel messi
"qızıl top"
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436800898_0:79:2808:1659_1920x0_80_0_0_824febda68511840ebd21fa31bbab2f9.jpg
BAKI, 2 dekabr - Sputnik. Fransa millisinin sabiq oyunçusu Patris Evra "Qızıl top"un "Bavariya"nın hücumçusu Robert Levandovskiyə deyil, növbəti dəfə "Pari Sen-Jermen"in forvardı Lionel Messiyə qismət olmasından narazı qalıb.Evranın hiddətini Daily Mail qələmə alıb."Mançester Yunayted"in keçmiş müdafiəçisi olan Evra irqçilik məsələsini də qabardıb. Onun fikrincə, "Çelsi"nin qolkiperi Eduard Mendiyə bu il Lev Yaşin mükafatının verilməməsi məhz bundan qaynaqlanır."Çelsi"nin Çempionlar Liqasında qələbəsi və son 12 ayda gözəl nəticələrinə baxmayaraq, Mendi Parisdəki mükafatlandırma mərasimində gözə dəyməyib. Mükafatı isə bu yay Avropa çempionatındakı qələbə yolunda iki penalti seriyasını qazanmaqda İtaliyaya yardım edən Canluici Donnarumma qazanıb.Səsvermə nəticələrinə görə, "Qızıl top"u argentinalı futbolçu Lionel Messi alıb. Bu, onun karyerasında artıq yeddinci belə mükafatdır. Ən yaxşı futbolçuların sıyahısında ikinci yeri Robert Levandovski, üçüncü yeri isə "Çelsi"nin və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo tutub. Ötən il "Qızıl top" heç kimə qismət olmamışdı. Həmin vaxt məhz Levandovski favorit sayılırdı. O, Almaniya çempionatında 41, Çempionlar Liqasında 5 qol vurmuşdu. Mükafatı pandemiya səbəbindən təxirə salmışdılar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436800898_0:0:2729:2047_1920x0_80_0_0_b43081ebc99c2a988c9230c9cb4e532f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, lionel messi, "qızıl top"
futbol, lionel messi, "qızıl top"
Fransa millisinin sabiq oyunçusu Messinin mükafat almasını qarət adlandırdı
BAKI, 2 dekabr - Sputnik. Fransa millisinin sabiq oyunçusu Patris Evra "Qızıl top"un "Bavariya"nın hücumçusu Robert Levandovskiyə deyil, növbəti dəfə "Pari Sen-Jermen"in forvardı Lionel Messiyə qismət olmasından narazı qalıb.
Evranın hiddətini
Daily Mail qələmə alıb.
"Ey insanlar, gözlərinizi açın. Mən kimin layiq olduğuna qərar verən adam deyiləm, amma hesab edirəm ki, hər kəs razılaşar - bu ki oğurluq, qarətdir. Lionel Messiyə qarşı heç bir kinim yoxdur. Mənim dərdim bu korrupsiyaya bulaşmış futbol təşkilatlarıyladır", - Evra deyib.
"Mançester Yunayted"in keçmiş müdafiəçisi olan Evra irqçilik məsələsini də qabardıb. Onun fikrincə, "Çelsi"nin qolkiperi Eduard Mendiyə bu il Lev Yaşin mükafatının verilməməsi məhz bundan qaynaqlanır.
"Çelsi"nin Çempionlar Liqasında qələbəsi və son 12 ayda gözəl nəticələrinə baxmayaraq, Mendi Parisdəki mükafatlandırma mərasimində gözə dəyməyib. Mükafatı isə bu yay Avropa çempionatındakı qələbə yolunda iki penalti seriyasını qazanmaqda İtaliyaya yardım edən Canluici Donnarumma qazanıb.
Səsvermə nəticələrinə görə, "Qızıl top"u argentinalı futbolçu Lionel Messi alıb. Bu, onun karyerasında artıq yeddinci belə mükafatdır. Ən yaxşı futbolçuların sıyahısında ikinci yeri Robert Levandovski, üçüncü yeri isə "Çelsi"nin və İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo tutub.
Ötən il "Qızıl top" heç kimə qismət olmamışdı. Həmin vaxt məhz Levandovski favorit sayılırdı. O, Almaniya çempionatında 41, Çempionlar Liqasında 5 qol vurmuşdu. Mükafatı pandemiya səbəbindən təxirə salmışdılar.