Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş məşqçinin kürəkəni hakimi döyüb

© AFP 2022 / FRANCK FIFEFutbol topları, arxiv şəkli
Futbol topları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Xəbərlərə abunə olun
Yaşananlarla bağlı "Karvan"ın baş məşqçisi Kənan Kərimovun da fikirlərini öyrənmişik. Ötənlərin tanınmış futbolçusu bütün bunların günahını hakimdə görüb.
BAKI, 29 noyabr — Sputnik. Azərbaycan çempionatının Region Liqasında növbəti biabırçı hadisə yaşanıb. Sputnik Azərbaycan Apasport.az saytına istinadən xəbər verir ki, Şimal-Qərb regionu üzrə V turun "Şəki" – "Karvan" oyunundan sonra böyük qalmaqal yaşanıb.
2:2 hesabı ilə yekunlaşan matçda hakim idarəçiliyi qonaqların kəskin narazılığına səbəb olub. Nəticədə həm futbolçular, həm də Yevlaxdan Şəkiyə gedən azarkeşlər oyundan sonra referinin üstünə cumublar. Qonaq komandanın fanatlarının referiyə xətər yetirməsinə polislər çətinliklə də olsa, mane olub.
Ancaq yevlaxlıların futbolçusu Eyyub Cabbarov hisslərini cilovlaya bilməyərək, hakimi vurub. "Karvan"ın baş məşqçisi Kənan Kərimovun kürəkəni olan Cabbarov bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb.
Hirsi soyumayan "Karvan" futbolçuları və azarkeşləri hakimlərin olduğu paltardəyişmə otağına da girməyə çalışıb. Təhlükəsizlik əməkdaşları daha böyük biabırçılığın qarşısını alsa da, hakim ağır təhqirlərə məruz qalıb.
Yaşananlarla bağlı "Karvan"ın baş məşqçisi Kənan Kərimovun da fikirlərini öyrənmişik. Ötənlərin tanınmış futbolçusu bütün bunların günahını hakimdə görüb:
"Hakimlik sıfır səviyyəsində idi. 2:0 hesabı ilə öndə idik, ikinci hissədə meydan sahiblərinə açıq-aşkar kömək etdi. Rəqibin qapısına iki təmiz penaltimizi vermədi. Epizodlar vaxtı heç o tərəfə baxmaq istəmədi. Sanki ora bizi dayandırmaq üçün gəlmişdi. Onun hakimlikdən xəbəri yox idi, küçədən tutub gətirmişdilər. Futbolçularımız da hisslərini cilovlaya bilmədilər. Matçdan sonra etirazlarını bildirdilər. Yaxşı ki, hələ bir oyunçumuz kəskin etiraz etdi. Təşkilatçılardan xahiş edirəm ki, oyunlara normal hakim göndərsinlər".
Region Liqasının Şimal-Qərb regionunun V turunda “Şəki” ilə səfər oyunundan sonra hakimi vurduğu üçün qırmızı vərəqə alan “Karvan”ın futbolçusu Eyyub Cabbarov isə apasport.az saytına açıqlamasında belə deyib:
“Turnir cədvəlində birinci yerdəyik. 2:0 hesabı ilə öndə olduğumuz oyunu rəqibin öz gücünə 2:2-yə çevirməsi mümkünsüz bir şey idi”.
Gənc oyunçu 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada hakimin birtərəfli idarəçilik etməsindən gileylənib:
“Bilmirəm AFFA hara baxır, belə hakimləri haradan tapıb Region Liqasına göndərir. Oyun zamanı ən azı iki dəfə təmiz penaltimizi vermədi. Komanda 90 dəqiqə əziyyət çəkir, bir nəfərin səhvləri bütün zəhməti hədər edir. Görüş 5 dəqiqədə də uzansaydı, bizi uduzduracaqdı. Hakim göz görə-görə rəqibə “işlədi”. Bütün istəyi “Şəki”ni uddurmaq idi”.
Qeyd edək ki, "Şəki" – "Karvan" oyunu 2:2 hesabı ilə yekunlaşıb. Hazırda "Karvan" 10 xalla turnir cədvəlinə başçılıq edirsə, 2 xala malik "Şəki" 7 komandalı turnirin sonuncu pilləsində qərarlaşır.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала