https://sputnik.az/20211130/uc-qurumdan-omicron-stammi-ile-bagli-birge-beyanat---vaxt-itirmeyin-436816069.html
Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin
Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin
Sputnik Azərbaycan
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırıb. 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T15:01+0400
2021-11-30T15:01+0400
2021-11-30T15:01+0400
səhiyyə
azərbaycanda koronavirus: son xəbərlər
ştamm
"delta" ştammı
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482667_0:233:3072:1961_1920x0_80_0_0_5d80b3219f61194d664242a564b07912.jpg
BAKI, 30 noyabr — Sputnik. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunur.Birgə məlumatda qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 24 noyabrda rast gəlinən yeni variantda təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və koronavirusun "omicron" variantından qaynaqlanan riski "yüksək" kimi qiymətləndirib.Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.Qeyd edək ki, Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.Eləcə də oxuyun:* “Omikron” ştammı COVID-19-a təkrar yoluxma riskini artırır - ÜST* Rusiya "Omicron" ştammı ilə bağlı yeni məhdudiyyətləri nəzərdən keçirir* Azərbaycanda hələ yeni ştamm aşkarlanmayıb* Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz* Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/14/424482667_214:0:2945:2048_1920x0_80_0_0_aee90ffa032323bd2878f64275d1ec29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda koronavirus: son xəbərlər, ştamm, "delta" ştammı, omikron ştammı
azərbaycanda koronavirus: son xəbərlər, ştamm, "delta" ştammı, omikron ştammı
Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırıb.
BAKI, 30 noyabr — Sputnik. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunur.
Birgə məlumatda qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 24 noyabrda rast gəlinən yeni variantda təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və koronavirusun "omicron" variantından qaynaqlanan riski "yüksək" kimi qiymətləndirib.
"Yeni mutasiyanın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Qeyd edək ki, ölkənin səhiyyə qurumları yeni ştammı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır", - məlumatda qeyd olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Qeyd edək ki, Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.
* Azərbaycanda hələ
yeni ştamm aşkarlanmayıb
*
Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz