https://sputnik.az/20211129/dunya-lock-downlardan-bezib-koronavirusun-yeni-stammi-neftin-qiymetine-tesir-etdi-436769339.html
Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Sputnik Azərbaycan
Vüqar Bayramovun sözlərinə görə, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən bezib. 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T16:17+0400
2021-11-29T16:17+0400
2021-11-29T16:17+0400
virus
neft-qaz
neft
dünya
koronavirus
covid-19
ştamm
"delta" ştammı
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_0:0:3072:1728_1920x0_80_0_0_95f74ee9fb6eb0f4bd991a9f3458d67b.jpg
BAKI, 29 noyabr — Sputnik. Koronavirusun yeni "Omikron" variantının aşkar edilməsi neftin qiymətinə təsir edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, koronavirusun yeni "Omikron" variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Hətta dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmə niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ isə 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqlayıb.V.Bayramov qeyd edib ki, "Omikron"un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başladılar: "Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda "Brent" markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omirkon” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümididirlər.Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr "Omikron" variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr "lock down" qərarları ehtiyatla qəbul edirlər".Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü həmçinin bildirib ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: "Təbii ki, Omikron variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər".
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_341:0:3072:2048_1920x0_80_0_0_306cde97a80a16e73240ebe8c2a0a748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
virus, neft, dünya, koronavirus, covid-19, ştamm, "delta" ştammı, omikron ştammı
virus, neft, dünya, koronavirus, covid-19, ştamm, "delta" ştammı, omikron ştammı
Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Vüqar Bayramovun sözlərinə görə, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən bezib.
BAKI, 29 noyabr — Sputnik. Koronavirusun yeni "Omikron" variantının aşkar edilməsi neftin qiymətinə təsir edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, koronavirusun yeni "Omikron" variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Hətta dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmə niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ isə 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqlayıb.
V.Bayramov qeyd edib ki, "Omikron"un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başladılar: "Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda "Brent" markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omirkon” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümididirlər.
Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr "Omikron" variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr "lock down" qərarları ehtiyatla qəbul edirlər".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü həmçinin bildirib ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: "Təbii ki, Omikron variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər".