https://sputnik.az/20211129/rusiya-omicron-stammi-ile-bagli-yeni-mehdudiyyetleri-nezerden-kecirir-436776725.html
Rusiya "Omicron" ştammı ilə bağlı yeni məhdudiyyətləri nəzərdən keçirir
Rusiya "Omicron" ştammı ilə bağlı yeni məhdudiyyətləri nəzərdən keçirir
Sputnik Azərbaycan
Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib ki, koronavirus mutasiyaya meyilli virusdur. Pandemiya dövründə... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T22:46+0400
2021-11-29T22:46+0400
2021-11-29T22:46+0400
virus
rusiya
rusiya federasiyası
aşkar
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426461526_0:0:3157:1776_1920x0_80_0_0_a752cf8385ed33f0052e0f4b43072177.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının "Omicron" ştammı ilə əlaqədar yeni məhdudiyyətləri nəzərdən keçirilir.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib. O, Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın rəhbərliyi altında Operativ Qərargahın ötən cümə günü iclasının keçirildiyini vurğulayıb."Orada müəyyən qərarlar qəbul edildi. Yəqin ki, qərargah onları elan edəcək", - Rusiya XİN rəhbərinin müavini qeyd edib.Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib ki, koronavirus mutasiyaya meyilli virusdur. Pandemiya dövründə artıq çoxsaylı mutasiyaların şahidi oluruq.O bildirib ki, son mutant ştamm - "Omicron" yunan əlifbasının 15-ci hərfi ilə adlandırılıb:A.Qurbanov qeyd edib ki, yoluxduruculuq qabiliyyətinin yüksək olmasına görə bütün ölkələrdə həyəcan təbili çalınır:Direktor müavininin sözlərinə görə, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə yayıla bilər: "Əsas narahatedici, təşviş yaradacaq məqam bu virusun daha yoluxucu olmasıdır. Vaksinlərin "Omicron" ştammından nə qədər qoruduğu məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, mövcud vaksinlər xəstəlik və ölümü azaltmaq üçün əhəmiyyətli olaraq qalır. Bu, yeni mutant olduğu üçün bir çox məsələlər hələ öyrənilir".Həmçinin oxuyun:Azərbaycanda hələ yeni ştamm aşkarlanmayıbQamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426461526_8:0:2739:2048_1920x0_80_0_0_b4bc1b13ac3f6968a37c70d527273ec9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
virus, rusiya federasiyası, aşkar, omikron ştammı
virus, rusiya federasiyası, aşkar, omikron ştammı
Rusiya "Omicron" ştammı ilə bağlı yeni məhdudiyyətləri nəzərdən keçirir
Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib ki, koronavirus mutasiyaya meyilli virusdur. Pandemiya dövründə artıq çoxsaylı mutasiyaların şahidi oluruq
BAKI, 29 noyabr — Sputnik. Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının "Omicron" ştammı ilə əlaqədar yeni məhdudiyyətləri nəzərdən keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini
Yevgeni İvanov bildirib. O, Rusiya Baş nazirinin müavini
Tatyana Qolikovanın rəhbərliyi altında Operativ Qərargahın ötən cümə günü iclasının keçirildiyini vurğulayıb.
"Orada müəyyən qərarlar qəbul edildi. Yəqin ki, qərargah onları elan edəcək", - Rusiya XİN rəhbərinin müavini qeyd edib.
Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib ki, koronavirus mutasiyaya meyilli virusdur. Pandemiya dövründə artıq çoxsaylı mutasiyaların şahidi oluruq.
O bildirib ki, son mutant ştamm - "Omicron" yunan əlifbasının 15-ci hərfi ilə adlandırılıb:
"Bu ştammın əsas xüsusiyyəti əvvəlki mutant ştamlarla müqayisədə yenə yoluxduruculuq qabiliyyətinin artmasıdır. Hətta "Delta" ştammından daha çox yoluxduruculuğa malikdir. "Delta" ştammı haqqında danışanda deyirdik ki, ikiqat mutasiyaya uğrayıb, həm yoluxduruculuq qabiliyyəti, həm də orqanizmdə COVID-19 virusuna qarşı əmələ gəlmiş anticismlərə bir qədər rezistentlik qazanıb. Həmin xüsusiyyətləri "Omicron" ştammında da görmək olar. Mütəxəssislər bu ştammın xarici zülalında 32 mutasiya aşkar ediblər, yəni 32 mutasiya bu virusa xüsusiyyətlər verib".
A.Qurbanov qeyd edib ki, yoluxduruculuq qabiliyyətinin yüksək olmasına görə bütün ölkələrdə həyəcan təbili çalınır:
"Bu ştamm Cənubi Afrikadan yayılmağa başlayıb. Bir çox ölkə, o cümlədən Avropa ölkələri, ABŞ Cənubi Afrika ölkələrindən gələnlərin girişinə məhdudiyyət qoyub. Buna baxmayaraq, dünən Almaniyada "Omicron" ştammı aşkarlanıb".
Direktor müavininin sözlərinə görə, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə yayıla bilər: "Əsas narahatedici, təşviş yaradacaq məqam bu virusun daha yoluxucu olmasıdır. Vaksinlərin "Omicron" ştammından nə qədər qoruduğu məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, mövcud vaksinlər xəstəlik və ölümü azaltmaq üçün əhəmiyyətli olaraq qalır. Bu, yeni mutant olduğu üçün bir çox məsələlər hələ öyrənilir".