https://sputnik.az/20211130/omikron-stammi-covid-19-a-tekrar-yoluxma-riskini-artirir---ust-436809127.html
“Omikron” ştammı COVID-19-a təkrar yoluxma riskini artırır - ÜST
“Omikron” ştammı COVID-19-a təkrar yoluxma riskini artırır - ÜST
Sputnik Azərbaycan
Hazırda “Omikron” ştammı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T14:46+0400
2021-11-30T14:46+0400
2021-11-30T14:46+0400
koronavirus
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436785009_0:0:3391:1907_1920x0_80_0_0_1d9f395ccc791cf7aabd34edcb2a616d.jpg
BAKI, 30 noyabr — Sputnik. İlkin məlumatlara görə, “Omikron” ştammı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştamma yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər: “İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştammına yoluxanların deyil, virusun bütün ştammlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştammı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər".“COVID-19-un hazırda dünyada geniş yayılan “Delta” ştammı da daxil olmaqla bütün variantları, xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, - deyə təşkilatdan bildiriblər.Eləcə də oxuyun:* Rusiya "Omicron" ştammı ilə bağlı yeni məhdudiyyətləri nəzərdən keçirir* Azərbaycanda hələ yeni ştamm aşkarlanmayıb* Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz* Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436785009_0:0:2731:2048_1920x0_80_0_0_27accd9db0b91e6bd465e7d9f3062476.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus
“Omikron” ştammı COVID-19-a təkrar yoluxma riskini artırır - ÜST
Hazırda “Omikron” ştammı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur.
BAKI, 30 noyabr — Sputnik. İlkin məlumatlara görə, “Omikron” ştammı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştamma yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər: “İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştammına yoluxanların deyil, virusun bütün ştammlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştammı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər".
“COVID-19-un hazırda dünyada geniş yayılan “Delta” ştammı da daxil olmaqla bütün variantları, xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, - deyə təşkilatdan bildiriblər.
* Azərbaycanda hələ
yeni ştamm aşkarlanmayıb
*
Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz