https://sputnik.az/20211130/favorit-statistika-qehremanina-qarsi---sahmat-uzre-dunya-cempionu-kim-olacaq-436802025.html
Favorit statistika qəhrəmanına qarşı - Şahmat üzrə dünya çempionu kim olacaq?
Favorit statistika qəhrəmanına qarşı - Şahmat üzrə dünya çempionu kim olacaq?
Sputnik Azərbaycan
Final matçının dördüncü partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T13:22+0400
2021-11-30T13:22+0400
2021-11-30T13:22+0400
şahmat
idman
dünya çempionu
https://cdnn1.img.sputnik.az/img/41509/54/415095404_0:0:3009:1693_1920x0_80_0_0_668d3eeee2173f8004b61914316575ec.jpg
BAKI, 30 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən EXPO 2020 sərgisi çərçivəsində şahmat üzrə dünya çempionu adı uğrunda final matçı davam edir. Sputnik Azərbaycan chess.az-a istinadən xəbər verir ki, dünən norveçli Maqnus Karlsenlə rusiyalı Yan Nepomnyaşşi arasında keçirilən final matçında istirahət günü idi. Xatırladaq ki, finalın istirahətə qədər keçirilmiş üç partiyanın üçü də bərabərliklə nəticələnib.Kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçirilən finalın dördüncü mərhələsində norveçli Maqnus Karlsen ağ fiqurlarla oynayacaq. Finala xüsusi maraq qatan digər məqam isə statistikadır. Karlsen cütün aşkar favoriti kimi görünsə də, statistika tamam başqa şey deyir. Məhz rusiyalı Nepomnyaşşi dünyada azsaylı şahmatçılardan biridir ki, dünya çempionuna qarşı müsbət statistikaya malikdir. Finala qədər tərəflər 13 dəfə üz-üzə gəliblər və bu 13 partiyanın yalnız birində Karlsen qələbəni bayram etməyi bacarıb. Rusiyalı Yan Nepomnyaşşi isə dörd dəfə Maqnusu təslim olmağa məcbur etməyi bacarmışdı. Səkkiz partiya isə bərabərliklə nəticələnib.Final matçının dördüncü partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.Eləcə də oxuyun:* Qadın şahmatçılarımız Avropa çempionatında bürünc medal qazanıblar* Beynəlxalq turnirdə şahmatçımız dördüncü yeri tutub* Ufalı rəssam şahmat fiqurlarından portretlər yaradır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41509/54/415095404_309:0:3009:2025_1920x0_80_0_0_003e0974cc28a54745bb7a51c1456f39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, dünya çempionu
Favorit statistika qəhrəmanına qarşı - Şahmat üzrə dünya çempionu kim olacaq?
Final matçının dördüncü partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
BAKI, 30 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən EXPO 2020 sərgisi çərçivəsində şahmat üzrə dünya çempionu adı uğrunda final matçı davam edir.
Sputnik Azərbaycan chess.az-a istinadən xəbər verir ki, dünən norveçli
Maqnus Karlsenlə rusiyalı
Yan Nepomnyaşşi arasında keçirilən final matçında istirahət günü idi. Xatırladaq ki, finalın istirahətə qədər keçirilmiş üç partiyanın üçü də bərabərliklə nəticələnib.
Kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçirilən finalın dördüncü mərhələsində norveçli Maqnus Karlsen ağ fiqurlarla oynayacaq. Finala xüsusi maraq qatan digər məqam isə statistikadır. Karlsen cütün aşkar favoriti kimi görünsə də, statistika tamam başqa şey deyir. Məhz rusiyalı Nepomnyaşşi dünyada azsaylı şahmatçılardan biridir ki, dünya çempionuna qarşı müsbət statistikaya malikdir. Finala qədər tərəflər 13 dəfə üz-üzə gəliblər və bu 13 partiyanın yalnız birində Karlsen qələbəni bayram etməyi bacarıb. Rusiyalı Yan Nepomnyaşşi isə dörd dəfə Maqnusu təslim olmağa məcbur etməyi bacarmışdı. Səkkiz partiya isə bərabərliklə nəticələnib.
Final matçının dördüncü partiyası bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.