Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ufalı rəssam şahmat fiqurlarından portretlər yaradır

Abunə olmaq
Ufalı rəssam Yevgeniya Skovart rəsmlərini qeyri-adi materiallardan hazırlayır. Daha ətraflı - videomuzda.
Yevgeniya Skovart məşhur şahmatçıların portretlərini ağ və qara şah, vəzir, piyada və digər şahmat fiqurlarının köməyi ilə hazırlayır.
Yevgeniyanın sözlərinə görə, o, norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşşi arasında keçiriləcək turnirdən ilhamlanıb.
Ufalı portret ustası müsahibəsində bildirib:

“Bu işdə ən çətin şey lazımi materialların axtarışı olub. Şəkli yaratmaq üçün ümumilikdə iki mindən çox şahmat fiquru lazım oldu”.

Yevgeniya portreti həmyerlisinə dəstək olmaq üçün hazırlayıb. Sənətçinin özü də bu idman növünü sevir. Hələ uşaq ikən Yevgeniyanın babası ona şahmat oynamağı öyrədib. Yevgeniya ətdən Ledi Qaqanın, dişlərdən Vladimir Putinin, siqaret kötüklərindən Sergey Şnurovun təsvirlərini yaradıb.
Xəbər lenti
0