Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Beynəlxalq turnirdə şahmatçımız dördüncü yeri tutub

şahmat - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Türkiyədə beynəlxalq şahmat turnirinə yekun vurulub. İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olub
BAKI, 22 noyabr — Sputnik. Türkiyənin Mersin şəhərində beynəlxalq şahmat turniri başa çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan şahmatçılarından B kateqoriyalı turnirdə Xatun Bağırova 7,5 xalla dördüncü yeri tutub.
İlyas Qarayev, Seyin Hüseyn yeddi xal qazanıblar. Şahmatçılarımızdan Misrətdin İsgəndərov isə A kateqoriyalı turnirdə 6,5 xalla beşinci yeri tutub.
Babək Cəfərli 6 xal, Talıb Babayev 5,5 xal, Elvin Bayramov 5 xal əldə ediblər.
İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olub.
Həmçinin oxuyun:
Qadın şahmatçılarımız Avropa çempionatında bürünc medal qazanıblar
Xəbər lenti
0