https://sputnik.az/20211130/bas-prokurorluq-helikopter-qezasi-ile-bagli-detallari-aciqladi-436830246.html
Baş Prokurorluq helikopter qəzası ilə bağlı detalları açıqladı
Baş Prokurorluq helikopter qəzası ilə bağlı detalları açıqladı
Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu yaradılıb. Qrupa Baş Prokurorluğun İstintaq... 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T19:24+0400
2021-11-30T19:24+0400
2021-11-30T19:26+0400
hadisə
helikopter
dsx
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436829191_1030:493:3387:1819_1920x0_80_0_0_77236eb4a6e497ee16f4c4f44583a129.jpg
BAKI, 30 noyabr - Sputnik. Hazırda helikopter qəzası ilə bağlı şahidlərin dindirilməsi və hadisə yerinə baxışın keçirilməsi təmin olunur.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.Onun sözlərinə görə, həlak olanların meyitlərinin müayinəsi aparılıb. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.Elçin Məmmədov helikopterin hər hansı kənar müdaxilə nəticəsində qəzaya uğraması barədə ehtimalları istisna edib. Digər ehtimallar üzərində isə işin getdiyini bildirib. O, işin istintaqına ölkənini ən yaxşı müstəntiqlərinin cəlb edildiyini deyib.Baş prokurorun birinci müavini həlak olanların meyitlərinin daxili və xarici müayinələrinin həyata keçirildiyini qeyd edib. E.Məmmədov onu da bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib.Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.Həmçinin oxuyun:Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıbHelikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilibİran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdiDSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHIPrezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı veribOn dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436829191_658:0:3387:2047_1920x0_80_0_0_b7c8d434a2e2759e252828400d72d2b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
helikopter, dsx, helikopter qəzası
helikopter, dsx, helikopter qəzası
Baş Prokurorluq helikopter qəzası ilə bağlı detalları açıqladı
19:24 30.11.2021 (Yenilənib: 19:26 30.11.2021) Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu yaradılıb. Qrupa Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayev rəhbərlik edəcək.
BAKI, 30 noyabr - Sputnik. Hazırda helikopter qəzası ilə bağlı şahidlərin dindirilməsi və hadisə yerinə baxışın keçirilməsi təmin olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, həlak olanların meyitlərinin müayinəsi aparılıb. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.
Elçin Məmmədov helikopterin hər hansı kənar müdaxilə nəticəsində qəzaya uğraması barədə ehtimalları istisna edib. Digər ehtimallar üzərində isə işin getdiyini bildirib. O, işin istintaqına ölkənini ən yaxşı müstəntiqlərinin cəlb edildiyini deyib.
Baş prokurorun birinci müavini həlak olanların meyitlərinin daxili və xarici müayinələrinin həyata keçirildiyini qeyd edib.
E.Məmmədov onu da bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.