https://sputnik.az/20211130/qezaya-ugramis-helikopterin-qara-qutusu-tedqiq-edilir---kenar-mudaxile-olmayib---436828929.html
Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıb
Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıb
Sputnik Azərbaycan
Noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin... 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T18:29+0400
2021-11-30T18:29+0400
2021-11-30T18:33+0400
azərbaycan xəbərləri
baş prokurorluq
helikopter
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436829191_1030:493:3387:1819_1920x0_80_0_0_77236eb4a6e497ee16f4c4f44583a129.jpg
BAKI, 30 noyabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.Bu barədə məlumatı Baş Prokurorluq yayıb. Məlumatda qeyd olunur ki, istintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.Həmçinin oxuyun:Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilibİran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdiDSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHIPrezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı veribOn dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436829191_658:0:3387:2047_1920x0_80_0_0_b7c8d434a2e2759e252828400d72d2b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, helikopter, helikopter qəzası
baş prokurorluq, helikopter, helikopter qəzası
Qəzaya uğramış helikopterin qara qutusu tədqiq edilir - kənar müdaxilə olmayıb
18:29 30.11.2021 (Yenilənib: 18:33 30.11.2021) Noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
BAKI, 30 noyabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.
Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Məlumatda qeyd olunur ki, istintaqın hazırki mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.
Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.