SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidMi-8 helikopteri
Mi-8 helikopteri - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçimiz həlak olub, 2 nəfər xəsarət alıb.
BAKI, 30 noyabr — Sputnik. İranın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin "Twiter" səhifəsində yerləşdirilib.
"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir", - səfirlik bildirib.
Qeyd edək ki, noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçimiz həlak olub, 2 nəfər xəsarət alıb.
Həmçinin oxuyun:
DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHI
Prezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verib
On dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Xəbər lenti
0