https://sputnik.az/20211130/helikopter-qezasinda-helak-olanlarin-nesi-bakiya-getirilib-436824982.html
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
Sputnik Azərbaycan
Hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və... 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T17:18+0400
2021-11-30T17:18+0400
2021-11-30T18:34+0400
paytaxt xəbərləri
helikopter
dsx
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436824229_0:40:3083:1774_1920x0_80_0_0_a311798f4d77a9cbb207c7f94b4061f1.jpg
BAKI, 30 noyabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.Sputnik Azərbaycan xəbər verir ki, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.Qeyd edək ki, noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçimiz həlak olub, 2 nəfər xəsarət alıb.Həmçinin oxuyun:DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHIPrezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı veribOn dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436824229_43:0:2774:2048_1920x0_80_0_0_9d660c2ad0821b2087b3ac26649d1da5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
helikopter, dsx, helikopter qəzası
helikopter, dsx, helikopter qəzası
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
17:18 30.11.2021 (Yenilənib: 18:34 30.11.2021) Hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.
BAKI, 30 noyabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçimiz həlak olub, 2 nəfər xəsarət alıb.