DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Telegram bunu da bacaracaq

© Depositphotos.com / Prykhodov Мужчина использует приложение Telegram на iPhone
Мужчина использует приложение Telegram на iPhone - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Telegram - bir çox formatda olan mətn və media faylların mübadiləsinə imkan verən mesencer proqramıdır. Layihə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov tərəfindən işlənib hazırlanıb.
BAKI, 27 noyabr - Sputnik. Telegram mesencerinə yaxın vaxtlarda daha bir funksiya əlavə olunacaq. Sputnik Azərbaycan ekspert Georgi Lobuşkinin Telegram kanalına istinadən xəbər verir ki, tezliklə Apple şirkətinin məhsulu olan cihazların istifadəçiləri mətnin tanınması funksiyasından yararlana biləcəklər.

"Yaxın vaxtlarda Telegram-dakı yenilənmələr Apple istifadəçilərini sevindirəcək. Belə ki, proqrama şəkillər üzərindəki mətnlərin tanınması funksiyası da əlavə olunacaq. Beləliklə, siz daha hansısa kredit kartının şəklini və ya skrin-şotunu aldıqda stres keçirməyəcəksiniz", - deyə ekspert yazıb.

Qeyd edək ki, Telegram - bir çox formatda olan mətn və media faylların mübadiləsinə imkan verən mesencer proqramıdır. Layihə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov tərəfindən işlənib hazırlanıb. Bu mobil tətbiq Android, iOS və macOS, Windows Phone və Windows, habelə Linux əməliyyat sistemlərində çalışır.
Həmçinin oxuyun:
* İngiltərədə müxalifət Telegram-a qarşı sanksiyalar tələb edir
* Yeddi saatlıq problemdən ən çox qazanan hansı platforma oldu?
* Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı
* Facebook, Instagram və WhatsApp-ın çökməsi ilə itirilən milyonlar: ekspertlər hesabladılar
* Facebook servisləri niyə çöküb - ilkin mülahizə
Xəbər lenti
0