CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebook keçmiş məhbusların cəmiyyətə adaptasiyası üçün tətbiq yaradacaq

© AFP 2023 / ALASTAIR PIKEТелефон с открытым приложением Facebook
Телефон с открытым приложением Facebook - Sputnik Azərbaycan, 1920, 26.03.2021
Abunə olmaq
Facebook sosial şirkəti 2004-cü ildə 19 yaşlı amerikalı tələbə Mark Sukerberq tərəfindən yaradılıb. Şirkətin baş qərargahı Menlo-Parkdadır.

BAKI, 26 mart - Sputnik. Facebook sosial şəbəkəsi keçmiş məhbuslara cəmiyyətdə adaptasiya olunmağa yardım etmək üçün tətbiq hazırlayır. Bu barədə Sputnik Azərbaycan Bloomberg-ə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, yeni The Re-Entry App ("Qayıdış üçün tətbiq") tətbiqinin reklamı cərşənbə günü Instagram-da dərc edilib. “Cəmiyyətin dəstəyi ilə həbsxanadan sonra həyata hazırlaşmaqda yardım” təklif edən bildirişdə istifadəçilərə tətbiqə erkən giriş təklif olunub. Lakin sonradan status ləğv edilib.

"Biz marginallaşmış qrupların tətbiqlərimizdə rastlaşdıqları problemlərin həll edilməsinin müxtəlif üsullarını axtarırırq. Bu yalnız daxili test üçün idi və biz onun bir müddət ətraf aləm üçün də açıq olduğunundan xəbər tutan kimi bildirişi ləğv etdik", - deyə Facebook-un nümayəndəsi bildirib.

The Re-Entry App Facebook şirkətinin sosial cəhətdən müdafizəsiz qruplar üçün məhsullar yaratmaq üzrə bir hissəsidir.

Facebook sosial şirkəti 2004-cü ildə 19 yaşlı amerikalı tələbə Mark Sukerberq tərəfindən yaradılıb. Şirkətin baş qərargahı Menlo-Parkdadır (Kaliforniya). Facebook-a həmçinin Messenger, WhatsApp və Instagram kimi servislər də məxsusdur.

Xəbər lenti
0