CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məhkumlarla bağlı bir ilk - Bəd xəbər

© AFP 2024 / NICOLAS TUCAT Мужчина гуляет во дворе тюрьмы, фото из архива
 Мужчина гуляет во дворе тюрьмы, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Azərbaycan ilk dəfə məhkumların xaricdəki əmlakını müsadirə etmək istəyir. Təqsirləndirilən şəxsin Türkiyə, Almaniya və İsveçrə banklarında hesabı mövcuddur.
BAKI, 24 sentyabr — Sputnik. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xari­ci ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, məhkumların ilk dəfə olaraq xaricdəki əmlaklarının müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılan məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib. Təqsirləndirilən şəxsin adına Türkiyənin “Yapı Kredi Bank” hesabındakı 87 740,39 ABŞ dolları, Almaniyanın “Deutche Bank” hesabındakı 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına sorğu ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.
Fəaliyyət göstərdiyi müddət ərzində İdarə istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın, o cümlədən 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcud­luğunu yerində yoxlanılmaqla bazar kon­yunkturasına uyğun qiymətləndirib. Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanının qiymətləndirdiyi əmlakların üzərinə həbs qoyulub.
Həmçinin oxuyun:
Həbsxana adamları: Azərbaycanda məhkumları koronavirusdan necə qoruyurlar
Günün kriminal icmalı: keçmiş məhkumlar daha çox cinayət törədiblər
 
 
Xəbər lenti
0