https://sputnik.az/20211125/ermenistan-turkiye-ile-munasibetleri-berpa-etmek-ucun-rusiyaya-minnetci-dusub-436666512.html
Ermənistan Türkiyə ilə münasibətləri bərpa etmək üçün Rusiyaya minnətçi düşüb
Ermənistan Türkiyə ilə münasibətləri bərpa etmək üçün Rusiyaya minnətçi düşüb
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı günü keçirdiyi ənənəvi brifinqdə Ermənistanın niyyətini açıqlayıb. 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T16:18+0400
2021-11-25T16:18+0400
2021-11-25T16:18+0400
dünya xəbərləri
türkiyə
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_0:0:3071:1728_1920x0_80_0_0_924eb10d44ca8b12b4e7b0dba68774ac.jpg
BAKI, 25 noyabr — Sputnik. Moskva təsdiqləyir ki, Yerevan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün Rusiyadan vasitəçilik etməsini istəyib. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı günü keçirdiyi ənənəvi brifinqdə bildirib."Ölkəmiz bundan sonra da prosesi davam etdirməyə hər bir şəkildə hazırdır. Prosesin başlanması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına öz töhfəsini verərdi", – deyə diplomat əlavə edib.Qeyd edək ki, bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan rəsmi Yerevanın Ankara ilə münasibətlərinin normallaşdırılmasına hazır olduğunu bildirib.Xatırladaq ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq 1993-cü ildən bu ölkə ilə diplomatik münasibətlərinə son qoyub və sərhədlərini bağlayıb.Eləcə də oxuyun: * Prezident Paşinyana yeni müavin gətirdi* Putin Mişelə Soçi görüşündə müzakirə ediləcək məsələləri açıqlayıb* Soçi görüşü öncəsi Paşinyanın açıqlamaları nədən xəbər verir?* Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_340:0:3071:2048_1920x0_80_0_0_462f91e452892276b4d90af48aa65746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, ermənistan
türkiyə, rusiya, ermənistan
Ermənistan Türkiyə ilə münasibətləri bərpa etmək üçün Rusiyaya minnətçi düşüb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı günü keçirdiyi ənənəvi brifinqdə Ermənistanın niyyətini açıqlayıb.
BAKI, 25 noyabr — Sputnik. Moskva təsdiqləyir ki, Yerevan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün Rusiyadan vasitəçilik etməsini istəyib. “
RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova cümə axşamı günü keçirdiyi ənənəvi brifinqdə bildirib.
"Bəli, mən təsdiqləyə bilərəm ki, Ermənistan Yerevanla Ankara arasında vasitəçilik üçün bizə müraciət edib. Rusiya erməni-türk münasibətlərinin normallaşmasında maraqlıdır və bunun üçün səy göstərir", – deyə o vurğulayıb.
"Ölkəmiz bundan sonra da prosesi davam etdirməyə hər bir şəkildə hazırdır. Prosesin başlanması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına öz töhfəsini verərdi", – deyə diplomat əlavə edib.
Qeyd edək ki, bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan rəsmi Yerevanın Ankara ilə münasibətlərinin normallaşdırılmasına hazır olduğunu bildirib.
Xatırladaq ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq 1993-cü ildən bu ölkə ilə diplomatik münasibətlərinə son qoyub və sərhədlərini bağlayıb.
*
Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib