DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Prezident Paşinyana yeni müavin gətirdi

© Photo : The President of the Republic of ArmeniaErmənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il
Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.
BAKI, 25 noyabr — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Baş naziri Nikol Paşinyana yeni müavin təyin edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Ermənistan Prezidentinin saytında yerləşdirilib.
Qərara əsasən Ambartsum Matevosyan Paşinyana müavin gətirilib. Daha əvvəl Matevosyan Armavir vilayətinin qubernatoru olub. Noyabrın 24-ü o, tutduğu vəzifədən azad olunmuşdu.
Qeyd edək ki, Matevosyan daha əvvəl Ermənistanın müdafiə naziri təyin olunmuş Suren Papikyanın yerinə təyin olunub.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib: "Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.
Xəbər lenti
0