https://sputnik.az/20211124/prezident-lham-eliyev-aleksey-overcuku-qebul-edib-436616227.html
Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib
Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib
Sputnik Azərbaycan
Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T12:58+0400
2021-11-24T12:58+0400
2021-11-24T12:58+0400
siyasət
prezident ilham əliyev
rusiya federasiyası
qəbul
baş nazirinin müavini
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436615203_0:84:1000:647_1920x0_80_0_0_50f6478fd88b0254d94e82e233665f28.jpg
BAKI, 24 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulanıb. Bildirilib ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.Overçuk bundan öncə Bakıya iyulda gəlmişdi. Həmin vaxt dövlətimizin başçısı ilə görüşdə regionda kommunikasiyaların açılmasına cavabdeh olan Qarabağ üzrə üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdu. Tərəflər eləcə də ikitərəfli məsələlərə toxunmuş, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı və məhsul mübadiləsinin artımını məmnunluqla qeyd etmişdilər. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin işinin yaxşılaşdırılması ilə bağlı aspektlər, ticari-iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə mövzusu olmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436615203_57:0:920:647_1920x0_80_0_0_3d495a88092e08f918fc142505a50ac0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rusiya federasiyası, qəbul, baş nazirinin müavini
prezident ilham əliyev, rusiya federasiyası, qəbul, baş nazirinin müavini
Rusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edib
Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.
BAKI, 24 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulanıb. Bildirilib ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.
Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirib.
Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.
Overçuk bundan öncə Bakıya iyulda gəlmişdi. Həmin vaxt dövlətimizin başçısı ilə görüşdə regionda kommunikasiyaların açılmasına cavabdeh olan Qarabağ üzrə üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdu.
Tərəflər eləcə də ikitərəfli məsələlərə toxunmuş, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı və məhsul mübadiləsinin artımını məmnunluqla qeyd etmişdilər.
Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin işinin yaxşılaşdırılması ilə bağlı aspektlər, ticari-iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə mövzusu olmuşdu.