https://sputnik.az/20211124/bezi-mallar-uzre-odenisler-yalniz-nagdsiz-sekilde-heyata-kecirilecek-436618622.html
Bəzi mallar üzrə ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək
Bəzi mallar üzrə ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək
Sputnik Azərbaycan
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan... 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T16:23+0400
2021-11-24T16:23+0400
2021-11-24T16:23+0400
nağdsız
iqtisadiyyat
milli məclis
satış
ödəniş
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_0:0:2000:1125_1920x0_80_0_0_0e4870c47f038695a898611c7bb637db.jpg
BAKI, 24 noyabr — Sputnik. Pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək.Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.Bu, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Layihə müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.Eləcə də oxuyun:* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək* Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq* Dövriyyədə olan nağd pul niyə artıb?* Avtomobillərin satışında nağd ödəmə ləğv olunur?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_227:0:2000:1330_1920x0_80_0_0_66ebba9bafdc4105e0b69ef76f11a6db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nağdsız, milli məclis, satış, ödəniş
nağdsız, milli məclis, satış, ödəniş
Bəzi mallar üzrə ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər də daxil ediləcək.
BAKI, 24 noyabr — Sputnik. Pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.
Bu, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Layihə müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək