Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövriyyədə olan nağd pul niyə artıb?

Manat - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını məhdudlaşdıracaq. Ölkədə pul bazasının həcmi rekord səviyyəyə çatıb. Ekspert artımın səbəblərini Sputnik Azərbaycan-a şərh edib.
BAKI, 9 noyabr — Sputnik. Azərbaycanda oktyabrın sonunda pul bazasının həcmi yeni rekord səviyyəyə yüksəlib. 2021-ci ilin oktyabr ayında ölkəmizdə pul bazası 122,5 milyon manat artaraq 14 milyard 621,2 milyon manata yüksəlib. 10 ay ərzində pul bazası 1 milyard 57 milyon manat artıb. Ötən ilin dekabr ayının 30-da bu rəqəm 13 milyard 564.2 milyon manat olub.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Manat - Sputnik Azərbaycan, 1920, 31.10.2021
TƏHLİL
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Bəs maraqlıdır, Azərbaycanda pul bazasının həcminin rekord səviyyədə artması nə ilə bağlıdır? Nağdsız ödənişlərə keçərkən dövriyyədə olan nağd pul niyə artıb?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son dövrlərdə Azərbaycanda pul bazası kifayət qədər artıb: "Dövriyyədə olan pulun kütləsi artıb. 2019-cu ilin martında pul bazası 9 milyard 14 milyon manat təşkil edirdi və bu, tədricən artmağa başladı. Nəhayət bu ilin avqustunda pul bazasında 14,2 milyard manat vəsait vardı. Bu da ondan öncəki ayla müqayisədə təxminən 410 milyon manat çoxdur".
Dövriyyədə olan nağd pulun artmasına münasibət bildirən ekspert deyib ki, inflyasiyada manat müəyyən qədər dəyər itirir: "İnflyasiyanın tədricən artması, manatın alıcılıq qabiliyyətinin azalması məcburi halda pul kütləsinin artımına şərait yaradır. Ümumiyyətlə, inflyasiya meylləri uzunmüddətli, davamlı olanda təbii olaraq pul kütləsi artır. Tələbatın ödənilməsi üçün, məsələn, insanların saxladığı ehtiyat vəsaitləri dövriyyəyə girir. Bu da ümumi olaraq kütlənin həcmini artırmış olur.
Dövriyyədə manatın həcminin artması nəticədə inflyasiya meyllərini gücləndirir, yəni bunlar zəncirvari reaksiya şəklində baş verir. Manata olan təzyiqin artması, manatın dəyərdən düşməsi pul kütləsinin artmasına gətirib çıxardır. Pul kütləsinin artması isə avtomatik olaraq yenidən inflyasiyanın artmasına gətirib çıxardır".
"Mərkəzi Bank da dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdırmağa çalışır. Eyni zamanda inflyasiyanın qarşısının alınması üçün uçot dərəcəsini qaldırmağa çalışır. Uçot dərəcəsini qaldırmaq variantı bir çox ölkələrdə istifadə edilir. Bu addım inflyasiya meyllərinin sürətini azaltmağa xidmət edir", - deyə o əlavə edib.
Qeyd edək ki, Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq.
Sputnik Azərbaycan Marja-ya istinadla xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur. O qeyd edib ki, Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq: "Bizim proqnozlarımıza görə, bəzi amillərin təsiri altında ilin sonunadək pul bazasında artım ola bilər. Ənənəvi olaraq ilin 4-cü rübündə, xüsusilə dekabr ayında əlavə pul kütləsi yaranır. Əlavə pul kütləsi olarsa onu sterilizasiya edəcəyik. Artıq lazımi göstərişlər verilib. Bu istiqamətdə Mərkəzi Bankın kifayət qədər alətlər arsenalı var. Biz bu alətlərdən istifadə edərək dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracağıq".
Yeni tikili - Sputnik Azərbaycan, 1920, 06.11.2021
CƏMİYYƏT
Bakı artıq yaşanılacaq yer deyil: Ekspertlər həyəcan təbili çalır
Mərkəzi Bankın sədri qeyd edib ki, bu ilin yayınadək Mərkəzi Bank yumuşaq pul siyasəti həyata keçirib, faizləri aşağı salıb, nəticədə də iqtisadiyyat canlanıb, məşğulluq artıb. Sentyabr ayından başlayaraq faizlərin artırılması və digər sərt siyasətlər inflyasiya təzyiqinin azaldılmasına xidmət edir: "Biz müşahidə edirik ki, iqtisadi fəallığın və məşğulluğun artması öz potensial imkanlarına çatmaqdadır. Belə bir vəziyyətdə monetar siyasətin bir az sərtləşdirilməsi iqtisadi inkişaf üçün təhlükə yaratmır".
Eləcə də oxuyun:
* Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
* Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
* İki yüzdən çox rüsum dəyişdirilir - Həftəlik icmal
* Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait açıqlanıb
Xəbər lenti
0