https://sputnik.az/20211118/lavrovla-linde-ermenistan-azerbaycan-munasibetlerini-muzakire-edecekler-436458189.html
Lavrovla Linde Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəklər
Lavrovla Linde Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəklər
Sputnik Azərbaycan
Tərəflər Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və "Avropada adi silahlara nəzarət rejimini canlandırmaq" yollarını da nəzərdən keçirmək... 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T19:05+0400
2021-11-18T19:05+0400
2021-11-18T19:05+0400
siyasət
sergey lavrov
atət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_0:0:3071:1728_1920x0_80_0_0_924eb10d44ca8b12b4e7b0dba68774ac.jpg
BAKI, 18 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da ATƏT-in hazırda fəaliyyətdə olan sədri Ann Linde ilə Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb."Görüşdə ATƏT-in Qarabağ münaqişəsinin həllinə yardımı, eləcə də təşkilatın Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərə toxunulacağı gözlənilir. Eyni zamanda, 2003-cü ildən rəsmi olaraq ATƏT-in Asiyada əməkdaşlıq üzrə tərəfdaşı hesab olunan və Əfqanıstandakı son böhranın nəticələrindən əziyyət çəkən Mərkəzi Asiya dövlətlərinə yardım göstərilməsində mümkün rolunu nəzərdən keçirəcəklər", – deyə Rusiya XİN-in məlumatında bildirilir.Bundan başqa, tərəflər Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və "Avropada adi silahlara nəzarət rejimini canlandırmaq" yollarını müzakirə etmək niyyətindədirlər.Eləcə də oxuyun:* Ceyhun Bayramov erməni təxribatlarını ATƏT sədrinin diqqətinə çatdırdı* Putin Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirdi* Ermənistan ordusu Tovuz ərazisini atıcı silahlardan atəşə tutur - SON DURUM
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_340:0:3071:2048_1920x0_80_0_0_462f91e452892276b4d90af48aa65746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, atət
Lavrovla Linde Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcəklər
Tərəflər Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və "Avropada adi silahlara nəzarət rejimini canlandırmaq" yollarını da nəzərdən keçirmək niyyətindədirlər.
BAKI, 18 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri
Sergey Lavrov noyabrın 19-da ATƏT-in hazırda fəaliyyətdə olan sədri
Ann Linde ilə Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini müzakirə edəcək.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüşdə ATƏT-in Qarabağ münaqişəsinin həllinə yardımı, eləcə də təşkilatın Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərə toxunulacağı gözlənilir. Eyni zamanda, 2003-cü ildən rəsmi olaraq ATƏT-in Asiyada əməkdaşlıq üzrə tərəfdaşı hesab olunan və Əfqanıstandakı son böhranın nəticələrindən əziyyət çəkən Mərkəzi Asiya dövlətlərinə yardım göstərilməsində mümkün rolunu nəzərdən keçirəcəklər", – deyə Rusiya XİN-in məlumatında bildirilir.
Bundan başqa, tərəflər Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və "Avropada adi silahlara nəzarət rejimini canlandırmaq" yollarını müzakirə etmək niyyətindədirlər.