SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov erməni təxribatlarını ATƏT sədrinin diqqətinə çatdırdı

© Sputnik / Murad OrujovATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi qurumun rəhbəri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı barədə məlumat yayıb.
Qeyd olunur ki, Ann Linde bu ilin 16 noyabr tarixində Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.
Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. Belə ki, 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir, bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov, məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.
Telefon danışığı zamanı nazirlər, həmçinin ATƏT-in Stokolmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında fikir mübadiləsi aparıblar.
----------
14:23
ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde və Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov arasında söhbət baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATƏT sədri öz "Twitter" hesabında yazıb.
"Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla regionda baş verən son hadisələrlə bağlı səmərəli danışıqlar oldu. Gərginliyin azaldılmasına davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəsi vasitəsilə prosesə dəstək olduğumuzu bir daha təkrarladım", - deyə ATƏT sədri bildirib.
Qeyd edək ki, noyabrın 16-da da ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərə reaksiya vermişdi.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədi boyunca olmaqla da regionda insidentlərlə bağlı dərin narahatlıqlarını bölüşürük. Onların səylərini dəstəkləyir və tərəfləri dərhal gərginliyi dayandırmağa və həll olunmamış məsələləri həll etmək üçün addımlar atmağa çağırırıq", - deyə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde öz "Twitter" hesabında yazmışdı.

Azərbaycan-Ermənistan təmas xəttində gərginlik

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Xəbər lenti
0