https://sputnik.az/20211114/yer-etrafinda-ayin-bir-parcasi-dolasir-435172195.html
Yer ətrafında Ayın bir parçası dolaşır
Yer ətrafında Ayın bir parçası dolaşır
Sputnik Azərbaycan
BAKI, 14 noyabr - Sputnik. Amerikalı alimlər hesab edirlər ki, Yerin kvazipeyki olan Kamoalev asteroidi meteorit zərbəsi nəticəsində Aydan qopmuş bir fraqment... 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T11:08+0400
2021-11-14T11:08+0400
2021-11-14T11:08+0400
elm
peyk
yer
ay
asteroid
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434698683_0:63:2959:1727_1920x0_80_0_0_a38429caa368b4065fdb5562d42e33c3.jpg
BAKI, 14 noyabr - Sputnik. Amerikalı alimlər hesab edirlər ki, Yerin kvazipeyki olan Kamoalev asteroidi meteorit zərbəsi nəticəsində Aydan qopmuş bir fraqment ola bilər. Bu barədə araşdırmaların nəticələri Communications Earth & Environment jurnalında dərc edilib.Kvazipeyklər kiçik səma cisimləridir, onlar çox sayda orbital dövrlər ərzində planetin yaxınlığında hərəkət edir. 2016-cı ildə aşkar edilmiş Kamoalev asteroidinin diametri 45-60 metrdir və o, orbitinə görə digər kvazipeyklər arasında ən sabit olanıdır. Ancaq xüsusiyyətlərinə görə bu asteroidi yalnız aprel ayının bir neçə həftəsi zamanı müşahidə etmək mümkündür. Arizona Universitetinin astronomları müşahidə ediblər ki, Kamoalev asteroidi qırmızı əksetmə spektrinə malikdir. Bu, Apollon missiyalarının Ay səthindən əldə etdiyi mineralların spektrinə çox bənzəyir. Məlumatları təkrar yoxlamaq üçün alimlər dörd il sərf ediblər. Asteroidin analizinin nəticələrindən belə qənaətə gəliblər ki, o, güman ki, Yer-Ay sisteminin bir hissəsi kimi yaranıb. Hesab olunur ki, Kamoalev asteroidi daha böyük səma cisminin Yer və Ayın cazibə qüvvəsinə təsirindən, ya da zərbə nəticəsində yaranıb. Eləcə də oxuyun:* Aya uçuşlar hələlik mümkün deyil - NASA* NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək* NASA azərbaycanlı uşağı mükafatlandırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434698683_78:0:2809:2048_1920x0_80_0_0_1589236aa38f3a3773316967ec3e63fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyk, yer, ay, asteroid
Yer ətrafında Ayın bir parçası dolaşır
BAKI, 14 noyabr - Sputnik. Amerikalı alimlər hesab edirlər ki, Yerin kvazipeyki olan Kamoalev asteroidi meteorit zərbəsi nəticəsində Aydan qopmuş bir fraqment ola bilər.
Bu barədə araşdırmaların nəticələri
Communications Earth & Environment jurnalında dərc edilib.
Kvazipeyklər kiçik səma cisimləridir, onlar çox sayda orbital dövrlər ərzində planetin yaxınlığında hərəkət edir. 2016-cı ildə aşkar edilmiş Kamoalev asteroidinin diametri 45-60 metrdir və o, orbitinə görə digər kvazipeyklər arasında ən sabit olanıdır. Ancaq xüsusiyyətlərinə görə bu asteroidi yalnız aprel ayının bir neçə həftəsi zamanı müşahidə etmək mümkündür.
Arizona Universitetinin astronomları müşahidə ediblər ki, Kamoalev asteroidi qırmızı əksetmə spektrinə malikdir. Bu, Apollon missiyalarının Ay səthindən əldə etdiyi mineralların spektrinə çox bənzəyir. Məlumatları təkrar yoxlamaq üçün alimlər dörd il sərf ediblər. Asteroidin analizinin nəticələrindən belə qənaətə gəliblər ki, o, güman ki, Yer-Ay sisteminin bir hissəsi kimi yaranıb. Hesab olunur ki, Kamoalev asteroidi daha böyük səma cisminin Yer və Ayın cazibə qüvvəsinə təsirindən, ya da zərbə nəticəsində yaranıb.