Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cəmi on saniyəyə: Azərbaycanlı erməni rəqibini İstanbulda nokauta saldı

© Photo : AzerforumGözəl Zutova
Gözəl Zutova - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
Qarışıq döyüş ustası Gözəl Zutova erməni Nare Marqarosyanı görüşün lap əvvəlində məğlub edib
BAKI, - 14 noyabr - Sputnik. Qarışıq döyüş növləri (MMA) idmançısı Gözəl Zutova İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyana qalib gəlib.
Şənbə günü, noyabrın 13-də Türkiyədə YFC 9 turniri baş tutub. Onun təşkilatçısı Azərbaycan əsillidir.
Beynəlxalq turnir çərçivəsində Azərbaycan təmsilçisi Gözəl Zutova erməni rəqibini 10 saniyəyə nokauta salıb.
Bundan öncə Zutova MMA-da altı qələbə qazanıb, erməni idmançısından öncə isə rusiyalı Darya Jeleznyakovanı məğlub edib.
Zutova güləş və cüdo üzrə Azərbaycan çempionu olub, sonra isə qarışıq döyüş növlərini seçib.
Gözəl Zutova universal döyüşlər üzrə ikiqat dünya və ikiqat Avropa çempionudur. Zaqatala rayonunun Danaçı kəndində doğulub. 2003, 2004 və 2005-ci illərdə Azərbaycanın cüdo üzrə çempionu olub.
Bakıda 2003-cü ildə, Tbilisidə 2005-ci ildə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub. 2007-ci ildə Bakıda, 2009-cu ildə Çexiyada universal döyüş üzrə dünya çempionatında qalib olub. 2008 və 2009-cu illərdə universal döyüş üzrə Avropa çempionu olub.
2008-ci ildə Bakıda cüdo üzrə Dünya Superkubokunda bürünc medal qazanıb. 2011-ci ildə Bakıda sərbəst güləş üzrə Qran-prinin finalında ikinci yeri əldə edib.
Eləcə də oxuyun:
* UFC-də ilk azərbaycanlı Qırğızıstan üçün çıxış etməkdən imtina edib
* Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar
Xəbər lenti
0