https://sputnik.az/20211015/ufc-de-ilk-azerbaycanli-qirgizistan-ucun-cixis-etmekden-imtina-edib-434253485.html
UFC-də ilk azərbaycanlı Qırğızıstan üçün çıxış etməkdən imtina edib
UFC-də ilk azərbaycanlı Qırğızıstan üçün çıxış etməkdən imtina edib
Sputnik Azərbaycan
UFC döyüşçüsü Rafael Fiziyevin Qırğızıstanı tərk etməsinə səbəb idmançının son vaxtlar şikayət etdiyi dini zəmində təqiblər idi. 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T17:33+0400
2021-10-15T17:33+0400
2021-10-15T17:33+0400
ufc
idman
qırğızıstan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427698456_0:0:3071:1728_1920x0_80_0_0_dcf1c3bda9b92f4bf2cc1beed04e243f.jpg
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan əsilli qarışıq döyüş ustası Rafael Fiziyev Qırğızıstan bayrağı altında yarışmaqdan imtina etdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan idmançının “Instagram” səhifəsinə istinadən xəbər verib."Ataman" ləqəbli Rafael Fiziyevin Qırğızıstanı tərk etməsinin səbəbi, idmançının dediyinə görə, bu ölkədə ona qarşı təşkil olunan təqib idi. Üstəlik bu təqib dini zəmində idi.MMA döyüşçüsünün təqib edilməsinin səbəbi müsəlmanlar üçün müqəddəs olan yerləri ziyarəti zamanı sosial şəbəkələrdəki paylaşımları olub."Mən heç vaxt vaiz olmamışam, sadəcə milyonlarla insanın “Instagram”da etdiklərini edirəm – öz həyatımı və hər gün nə ilə məşğul olduğumu göstərmişəm. Hər bir insanın öz fikri var və hər birimiz dünyəvi dövlətdə bu ölkənin qanunlarına zidd olmadan istədiyimiz işi görmək hüququna sahibik. Müftilik tərəfindən isə təqibə məruz qaldım, mənə və ailəmə böyük təzyiqlər göstərilir", - deyə idmançı qeyd edib.Nəticədə idmançı iştirak edəcəyi yarışlarda artıq Qırğızıstanı təmsil etməyəcəyini açıqlayıb."Pasportdan başqa, məni Qırğızıstanla bağlayan heç nə yoxdur. Yaxın gələcəkdə biz bu ölkədən köçməyi düşünəcəyik. Qırğızıstan bayrağı altında çıxış etməyi dayandırıram. Mən və ailəm əvvəllər də özümüz üçün yaşayırdıq. Buna görə də heç kimə borcumuz yoxdur. Bütün bu haqsızlığı edən insanları alqışlayıram. Özünüzlə fəxr edə və özünüzü kişi hesab edə bilərsiniz. Allah hər şeyi mühakimə edəcək", - deyə Fiziyev əlavə edib.Maraqlısı odur ki, artıq Azərbaycanda idmançıya dəstək verilib. Xüsusilə, Azərbaycanın Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov “Facebook” səhifəsində döyüşçünü ölkədə görməkdən məmnun olacaqlarını bildirib."Qardaşımız və həmyerlimiz olan Rafaelə dəstək olacağıq. Səni ortaq vətənimizdə görməkdən hər zaman məmnunuq", - deyə Abbasov qeyd edib.Qeyd etmək lazımdır ki, Fiziyev dünyanın ən nüfuzlu döyüş təşkilatı olan Mütləq Döyüş Çempionatında (UFC) iştirak edən ilk azərbaycanlı olub. O, burada ilk dəfə 20 aprel 2019-cu ildə Sankt-Peterburqda çıxış edib və ilk döyüşündə məğlub olub. Bundan sonra o, ardıcıl olaraq dörd qələbə qazanıb. Fiziyev UFC-də son döyüşünü bu il avqustun 5-də amerikalı Bobbi Qrini məğlub edərək keçirib. Bir il əvvəl o, UFC ilə müqaviləni dörd il müddətinə uzatdığını açıqlayıb. Təşkilatın reytinqində yüngül çəki üzrə Fiziyev 13-cü yerdədir.Əlavə edək ki, UFC-dəki son döyüşlərə Fiziyev Azərbaycanın milli papağında çıxıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427698456_0:0:2731:2048_1920x0_80_0_0_866714f03cc8e3ac60b3952f6eed8338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
ufc, qırğızıstan, azərbaycan
ufc, qırğızıstan, azərbaycan
UFC-də ilk azərbaycanlı Qırğızıstan üçün çıxış etməkdən imtina edib
UFC döyüşçüsü Rafael Fiziyevin Qırğızıstanı tərk etməsinə səbəb idmançının son vaxtlar şikayət etdiyi dini zəmində təqiblər idi.
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan əsilli qarışıq döyüş ustası
Rafael Fiziyev Qırğızıstan bayrağı altında yarışmaqdan imtina etdiyini bildirib. Bu barədə
Sputnik Azərbaycan idmançının “Instagram” səhifəsinə istinadən xəbər verib.
"Ataman" ləqəbli Rafael Fiziyevin Qırğızıstanı tərk etməsinin səbəbi, idmançının dediyinə görə, bu ölkədə ona qarşı təşkil olunan təqib idi. Üstəlik bu təqib dini zəmində idi.
"Bu gün mən və ailəm Qırğızıstanın müftiliyi və bəzi tanınmış adamların təqibləri ilə üzləşdik. Ailəm və mən Qırğızıstanın hər yerindən çoxlu qəzəbli mesajlar alırıq, söhbət minlərlə mesajdan gedir. Hətta həyat yoldaşıma belə, yazırlar, mənə yazmaqdansa niyə həyat yoldaşıma yazırlar, bilmirəm?" – deyə Fiziyev qeyd edib.
MMA döyüşçüsünün təqib edilməsinin səbəbi müsəlmanlar üçün müqəddəs olan yerləri ziyarəti zamanı sosial şəbəkələrdəki paylaşımları olub.
"Mən heç vaxt vaiz olmamışam, sadəcə milyonlarla insanın “Instagram”da etdiklərini edirəm – öz həyatımı və hər gün nə ilə məşğul olduğumu göstərmişəm. Hər bir insanın öz fikri var və hər birimiz dünyəvi dövlətdə bu ölkənin qanunlarına zidd olmadan istədiyimiz işi görmək hüququna sahibik. Müftilik tərəfindən isə təqibə məruz qaldım, mənə və ailəmə böyük təzyiqlər göstərilir", - deyə idmançı qeyd edib.
Nəticədə idmançı iştirak edəcəyi yarışlarda artıq Qırğızıstanı təmsil etməyəcəyini açıqlayıb.
"Pasportdan başqa, məni Qırğızıstanla bağlayan heç nə yoxdur. Yaxın gələcəkdə biz bu ölkədən köçməyi düşünəcəyik. Qırğızıstan bayrağı altında çıxış etməyi dayandırıram. Mən və ailəm əvvəllər də özümüz üçün yaşayırdıq. Buna görə də heç kimə borcumuz yoxdur. Bütün bu haqsızlığı edən insanları alqışlayıram. Özünüzlə fəxr edə və özünüzü kişi hesab edə bilərsiniz. Allah hər şeyi mühakimə edəcək", - deyə Fiziyev əlavə edib.
Maraqlısı odur ki, artıq Azərbaycanda idmançıya dəstək verilib. Xüsusilə, Azərbaycanın Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov “Facebook” səhifəsində döyüşçünü ölkədə görməkdən məmnun olacaqlarını bildirib.
"Qardaşımız və həmyerlimiz olan Rafaelə dəstək olacağıq. Səni ortaq vətənimizdə görməkdən hər zaman məmnunuq", - deyə Abbasov qeyd edib.
Qeyd etmək lazımdır ki, Fiziyev dünyanın ən nüfuzlu döyüş təşkilatı olan Mütləq Döyüş Çempionatında (UFC) iştirak edən ilk azərbaycanlı olub. O, burada ilk dəfə 20 aprel 2019-cu ildə Sankt-Peterburqda çıxış edib və ilk döyüşündə məğlub olub. Bundan sonra o, ardıcıl olaraq dörd qələbə qazanıb. Fiziyev UFC-də son döyüşünü bu il avqustun 5-də amerikalı Bobbi Qrini məğlub edərək keçirib. Bir il əvvəl o, UFC ilə müqaviləni dörd il müddətinə uzatdığını açıqlayıb. Təşkilatın reytinqində yüngül çəki üzrə Fiziyev 13-cü yerdədir.
Əlavə edək ki, UFC-dəki son döyüşlərə Fiziyev Azərbaycanın milli papağında çıxıb.