Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şamil Zavurova qalib gələn Nəriman Abbasova avtomobil bağışladılar

© Photo : Facebook / Шахрияр АббасовQarışıq döyüş növləri (MMA) üzrə çempion Nəriman Abbasov və "Qəbələ" idman klubunun prezidenti Fariz Nəcəfov
Qarışıq döyüş növləri (MMA) üzrə çempion Nəriman Abbasov və Qəbələ idman klubunun prezidenti Fariz Nəcəfov  - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
"Qəbələ" idman klubunun prezidenti Fariz Nəcəfov Nəriman Abbasovla görüşüb və onunla sonrakı planları ilə maraqlanıb.
BAKI, 4 oktyabr - Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə çempion Nəriman Abbasov rusiyalı Şamil Zavurova qalib gəldiyinə görə avtomobillə mükafatlandırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qəbələ" idman klubunun sosial şəbəkədəki paylaşımında deyilir.
Bu yaxınlarda Moskvada AMC Fight Nights və Eagles FC-nin birgə təşkil etdiyi və Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş Qarışıq Döyüş Sənəti (MMA) üzrə beynəlxalq turnir keçirilib. Gecənin əsas görüşü azərbaycanlı Nəriman Abbasovla "Dağıstan şiri" ləqəbli Şamil Zavurov arasında baş tutan döyüş idi ki, burada Abbasov ilk raundda texniki nokautla qalib gələrək AMC Fight Night çempionluq kəmərini qoruyub.
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
İDMAN
Azərbaycanlı Transsibiri necə fəth etdi: 11 min kilometrlik təəssürat
Bazar ertəsi, oktyabrın 4-də Nərimanı və onun məşqçisi, Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasovu "Qəbələ" idman klubunun prezideenti Fariz Nəcəfov qəbul edib. Döyüşçünü qələbə münasibəti ilə təbrik edən Nəcəfov atletin sonrakı planları ilə maraqlanıb. Bundan başqa, "Qəbələ"nin prezidenti klubun şərəfini qoruyan Abbasova Toyota markalı avtomobil hədiyyə edib.
Qeyd edək ki, hazırda Nəriman Abbasov ən prestijli döyüş təşkilatı olan UFC ilə onun təşkil etdiyi yarışlarda çıxış etmək üçün müqavilə imzalanması ilə bağlı danışıqlar aparır.
Xəbər lenti
0