https://sputnik.az/20211112/nyu-york-qalereyasinda-azerbaycanli-ressamin-qiymetli-el-isleri-numayis-olunub-435118939.html
Nyu-York qalereyasında azərbaycanlı rəssamın qiymətli əl işləri nümayiş olunub
Nyu-York qalereyasında azərbaycanlı rəssamın qiymətli əl işləri nümayiş olunub
Sputnik Azərbaycan
Faiq Əhmədov Şəms Təbrizi, Seyid Yəhya əl-Şirvani əl Bakuvi və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərə həsr olunmuş xalçalar ərsəyə gətirib. 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T12:56+0400
2021-11-12T12:56+0400
2021-11-12T12:56+0400
sərgi
mədəniyyət
nyu-york
xalça
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426875570_0:0:1201:676_1920x0_80_0_0_4f31be56ba2a4943628c1689097c312f.jpg
BAKI, 12 noyabr — Sputnik. Azərbaycanlı rəssam Faiq Əhmədovun yaratdığı xalılar Nyu-Yorkun "Sapar Contemporary" Qalereyasında nümayiş olunub. Fırça ustası özünün fərdi sərgisini "Pir" adlandırıb. Əhmədovun əl işləri artıq ikinci dəfə bu qalereyada sərgilənir. Bu dəfə rəssam üç iri xalı təqdim edib – onlardan hər biri Azərbaycan mədəniyyətinə öz təsirini göstərmiş məşhur şair və mütəfəkkirlər Şəms Təbrizi, Seyid Yəhya əl-Şirvani əl Bakuvi və Nizami Gəncəvinin şərəfinə adlandırılıb."Bu adlar təsadüfən seçilməyib. Pir sözü fars, türk və ərəb dillərində sufizmdə ruhani rəhbər, həmçinin, böyük, ağsaqqal mənalarına gəlir, məncə, bütün bu təyinləri adıçəkilən məşhur şəxsiyyətlərə aid etmək olar. Onlar yalnız şair yox, həm də dövrünün alimləri olublar", – deyə Əhmədov bildirib.Faiq Əhmədov 1982-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Heykəltaraşlıq ixtisası üzrə bitirib. Rəssam Venesiya Biennalesində milli pavilyonda Azərbaycanı təmsil edib.O, bütün dünyada, xüsusən də, Nyu-York, Paris, London, Berlin, Dubay, Moskvada vaxtaşırı sərgilər keçirir. Faiq Əhmədov 2013-cü ildə Londonun "Viktoriya və Albert" Muzeyindən "Jameel Prize 3" mükafatına namizəd seçilib.Rəssam Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənərək milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanmaqla nadir və müasir incəsənət nümunələri yaradır.Eləcə də oxuyun:* Qarabağ xalçaları Tbilisidə* Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı* Ermənilər İspaniyada Azərbaycan xalçaları nümayiş olunan muzeyə qarşı təxribat törədiblər
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426875570_0:0:1067:800_1920x0_80_0_0_d3b9610a11b67346b29add7e60cfeee3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
sərgi, nyu-york, xalça, azərbaycan
sərgi, nyu-york, xalça, azərbaycan
Nyu-York qalereyasında azərbaycanlı rəssamın qiymətli əl işləri nümayiş olunub
Faiq Əhmədov Şəms Təbrizi, Seyid Yəhya əl-Şirvani əl Bakuvi və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərə həsr olunmuş xalçalar ərsəyə gətirib.
BAKI, 12 noyabr — Sputnik. Azərbaycanlı rəssam Faiq Əhmədovun yaratdığı xalılar Nyu-Yorkun "Sapar Contemporary" Qalereyasında nümayiş olunub. Fırça ustası özünün fərdi sərgisini "Pir" adlandırıb. Əhmədovun əl işləri artıq ikinci dəfə bu qalereyada sərgilənir. Bu dəfə rəssam üç iri xalı təqdim edib – onlardan hər biri Azərbaycan mədəniyyətinə öz təsirini göstərmiş məşhur şair və mütəfəkkirlər Şəms Təbrizi, Seyid Yəhya əl-Şirvani əl Bakuvi və Nizami Gəncəvinin şərəfinə adlandırılıb.
"Bu adlar təsadüfən seçilməyib. Pir sözü fars, türk və ərəb dillərində sufizmdə ruhani rəhbər, həmçinin, böyük, ağsaqqal mənalarına gəlir, məncə, bütün bu təyinləri adıçəkilən məşhur şəxsiyyətlərə aid etmək olar. Onlar yalnız şair yox, həm də dövrünün alimləri olublar", – deyə Əhmədov bildirib.
Faiq Əhmədov 1982-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Heykəltaraşlıq ixtisası üzrə bitirib. Rəssam Venesiya Biennalesində milli pavilyonda Azərbaycanı təmsil edib.
O, bütün dünyada, xüsusən də, Nyu-York, Paris, London, Berlin, Dubay, Moskvada vaxtaşırı sərgilər keçirir. Faiq Əhmədov 2013-cü ildə Londonun "Viktoriya və Albert" Muzeyindən "Jameel Prize 3" mükafatına namizəd seçilib.
Rəssam Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənərək milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanmaqla nadir və müasir incəsənət nümunələri yaradır.