Ermənilər İspaniyada Azərbaycan xalçaları nümayiş olunan muzeyə qarşı təxribat törədiblər

© Sputnik / Shahperi AbbasovaQarabağ xalçası
Qarabağ xalçası - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb.
BAKI, 5 sentyabr — Sputnik. İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Alqambr muzeyində nümayiş etdirilən qədim qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər.
Bu barədə Report xarici mətbuata istinadən xəbər verib. Bildirilir ki, muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr-red.) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb.
Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar. Onlar sosial şəbəkələrdə də qədim Azərbaycan xalçalarının guya ermənilərə məxsus olduğunu iddia edirlər.
Qeyd edək ki, bu, İspaniyada təkcə sakinlərin deyil, xarici turistlərin də böyük maraq göstərdiyi məşhur muzeylərdən biridir.
Ermənilərin zaman-zaman Azərbaycana qarşı torpaq iddiaları olduğu kimi, musiqimizə, mətbəximizə, tarixi abidələrimizə və s. göz dikdikləri bütün dünyaya əyandır. Hələ bu azmış kimi, sənətkarlıq məmulatlarımızı və xalçalarımızı öz adlarına çıxıblar.
Xatırladaq ki, bu il fevralın 20-də Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 2020-ci il noyabrın 1-də çıxarılan xalçaların sərgisi keçirilmişdi.
Sərgidə təqdim olunan, "Arsax" adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsi oldu.
Həmçinin oxuyun: 
* Oğru elə bağırdı ki... - Xalçamızı oğurlayıb bizə satmayanlar
* "Bu sərgi ermənilərin növbəti oğurluğudur" - Nazirlik
"Qarabağ xalçasını xaçla saxtalaşdırmaq mümkün deyil"
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала