https://sputnik.az/20211110/qarabagla-bagli-rusiyadan-yeni-teklif-435049970.html
Qarabağla bağlı Rusiyadan yeni təklif
Qarabağla bağlı Rusiyadan yeni təklif
Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam formatda Qarabağa səfərlərinin təşkil olunması praktikasının tezliklə yenidən bərpa... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T18:35+0400
2021-11-10T18:35+0400
2021-11-10T18:35+0400
qarabağ
səfər
qafqaz
rusiya xin
qarabağ
atət-in minsk qrupu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42230/12/422301278_0:42:1000:605_1920x0_80_0_0_640eb2100978a5799bd9d6d54997dc98.jpg
BAKI, 10 noyabr — Sputnik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam formatda Qarabağa səfərlərinin təşkil olunması praktikasının tezliklə yenidən bərpa olunmasının tərəfdarıdır. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü, noyabrın 10-da keçirdiyi brifinqdə deyib."ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir", - Zaxarova vurğulayıb. O qeyd edib ki, Rusiya XİN "üçlük" xətti ilə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli barədə səylərin davam etdirilməsini vacib sayır. Ötən həftə, noyabrın 3-də keçirilmiş brifinqdə Zaxarova Rusiyanın "3+3" platformasının yaradılması ideyasını dəstəklədiyini bildirmişdi. "Bu formatın işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər", - XİN rəsmisi əlavə etmişdi.Eləcə də oxuyun:* Rusiya XİN-dən Qafqaz ölkələrinə mesaj - Planları praktik müstəviyə keçirməyin vaxtı çatıb* Ermənistan "3+3" formatına münasibətini bildirdi* Qafqazda Ərdoğan variantı: suallar çox, cavablar az * Zəngəzur dəhlizi ilə bağlı mübahisələrə Rusiya XİN-dən şərh
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/12/422301278_184:0:1000:612_1920x0_80_0_0_fdfc5ed082456057d779fa3b4e313a20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
səfər, qafqaz, rusiya xin, qarabağ, atət-in minsk qrupu, azərbaycan
səfər, qafqaz, rusiya xin, qarabağ, atət-in minsk qrupu, azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam formatda Qarabağa səfərlərinin təşkil olunması praktikasının tezliklə yenidən bərpa olunmasının tərəfdarıdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi
Mariya Zaxarova çərşənbə günü, noyabrın 10-da keçirdiyi brifinqdə deyib.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir", - Zaxarova vurğulayıb. O qeyd edib ki, Rusiya XİN "üçlük" xətti ilə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli barədə səylərin davam etdirilməsini vacib sayır.
Ötən həftə, noyabrın 3-də keçirilmiş brifinqdə Zaxarova Rusiyanın "3+3" platformasının yaradılması ideyasını dəstəklədiyini bildirmişdi. "Bu formatın işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər", - XİN rəsmisi əlavə etmişdi.
* Rusiya XİN-dən Qafqaz ölkələrinə mesaj - Planları praktik müstəviyə keçirməyin vaxtı çatıb
*
Qafqazda Ərdoğan variantı: suallar çox, cavablar az