QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan "3+3" formatına münasibətini bildirdi

Ermənistan XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Bu ölkənin xarici işlər nazirinin müavini Vaqe Qevorkyanın fikrincə, belə əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır.
BAKI, 4 noyabr — Sputnik. Regional əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır. Sputnik Ermənistan xəbər verir ki, bu fikri cümə axşamı Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə çıxışı zamanı dilə gətirib.
Nazir müavini qeyd edib ki, regionda vəziyyət dəyişir və qarşılıqlı əlaqələrin üçmərhələli formatları yaranır. Onun sözlərinə görə, Yerevan müxtəlif platformalarda, o cümlədən "3+3" formatında regional məsələlərin müzakirələrində iştirak etmək barədə təkliflər alıb. Nazir müavini qeyd edib ki, bütün təkliflər müzakirə olunur və hələlik hər-hansı bir konkret qərardan danışmaq üçün tezdir. Qevorkyan belə hesab edir ki, bu kontekstdə bütün riskləri və perspektivləri götür-qoy edərək məsələyə vahid yanaşma nümayiş etdirmək vacibdir.
"Bizim prioritetimiz – milli və dövlət maraqlarımızı müdafiə etməkdir. Bizim üçün belə regional əməkdaşlıq formatlarının artıq mövcud olanları, xüsusilə də Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamaması mühümdür", – deyə qonşu ölkənin XİN rəhbərinin müavini vurğulayıb.
Qeyd edək ki, söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatının yaradılması imkanının iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla müzakirəsi zamanı ümid etdiyini bildirib ki, "Gürcüstan regionun, münaqişələr səbəbindən uzun müddət geridə qalan Cənubi Qafqazın inkişafı ilə bağlı belə məsləhətləşmələr və qərarların qəbulu mexanizminin yaradılmasında özünün fundamental marağını görə biləcək".
Rusiyalı nazir onu da qeyd edib ki, regionda bütün nəqliyyat kommunikasiyalarının, iqtisadi əlaqələrin bərpasından yalnız Azərbaycan, Ermənistan, Gürcüstan deyil, həm də Cənubi Qafqazın bu üç respublikasına qonşu olan İran, Rusiya və Türkiyə də qazanacaq.
Moskvada, həmçinin əmindirlər ki, "altılı platforma" Bakı ilə Yerevan arasında etibarın artmasına, eləcə də, ölkələr arasında humanitar məsələlərin həllinə öz töhfəsini verəcək. Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hər həftə keçirilən ənənəvi brifinqdə səsləndirib.
Xəbər lenti
0