SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN-dən Qafqaz ölkələrinə mesaj - Planları praktik müstəviyə keçirməyin vaxtı çatıb

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
BAKI, 3 noyabr - Sputnik. Rusiya "3+3" platformasının yaradılması ideyasını dəstəkləyir. Bu formatın işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Bu planları praktik müstəviyə keçirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün mümkün üzvlərinin maraqlarına cavab verir. Fikrimizcə, bunun işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin tənzimlənməsinə, regionun iqtisadi, nəqliyyat potensialının açılmasına xidmət edəcək. Format həm köhnə problemlərin, həm də yeni çağırışların həlli yollarını təklif edə bilər", - Rusiya XİN rəsmisi söyləyib.
Zaxarova təmsil etdiyi qurumun Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə işə salınmasının zəruriliyini vurğuladlığını da qeyd edib: "Liderlərin Qarabağ münaqişə zonasında atəşin və döyüş əməliyyatlarının tam dayandırılması barədə bəyanatının yaxınlaşmaqda olan ildönümü Rusiya XİN rəhbəri Sergey Lavrovun noyabrın 1-də Ermənistandan, noyabrın 2-də Azərbaycandan olan həmkarı ilə telefon danışıqlarında müzakirə olunub.
Nazirlər ötən bir il ərzində regionda vəziyyətin sabitləşməsi, atəşkəsə əməl olunması ilə bağlı eyni fikirdə olublar. Bakıda və Yerevanda rusiyalı sülhməramlıların rolunu yüksək qiymətləndirirlər. Ayrı-ayrı insidentlər hər iki tərəfin qarşılıqlı fəaliyyət kanalları ilə tənzimlənir. Nəqliyyat əlaqələrinin də açılması üzrə səylər göstərilir. Biz həm də problemin kompleks həllini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin tezliklə işə salınmasında görürük".
Eləcə də oxuyun:
* Paşinyan və Əliyev görüşəcək? – Yerevan hələ də xəbərsizdir
* Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə
Xəbər lenti
0