https://sputnik.az/20211110/maliyye-naziri-gelen-ilin-budcesinde-emekhaqqi-artimi-ucun-vesait-nezerde-tutulub-435044905.html
Maliyyə naziri: Gələn ilin büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub
Maliyyə naziri: Gələn ilin büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub
Sputnik Azərbaycan
Sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq. 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T13:01+0400
2021-11-10T13:01+0400
2021-11-10T13:01+0400
samir şərifov
iqtisadiyyat
büdcə
maaş
artım
əməkhaqqı
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922224_0:0:2000:1125_1920x0_80_0_0_b335b062d3c66420399108d149f20466.jpg
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.S.Şərifov bildirib ki, artımlar hesabına sosial sığorta yığımları da artacaq: "Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib".O bildirib ki, nəqliyyat, rabitə və kommunal sahələr üçün növbəti ilin dövlət büdcəsindən 479 milyon manat subsidiya ayrılması planlaşdırılır. Bunların sırasında "Bakı Metropoliteni" QSC və digər qurumlar var.Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.Büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.Eləcə də oxuyun:* Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?* Deputat: əməkhaqlarında 20-40% artımın olması proqnozlaşdırılır* Mərci şorbası iki manata: kişidən pul qopartmaq mümkün olacaqmı?* Dövlət qurumu işçi axtarır, maaş 2500-3 700 manatdır
https://sputnik.az/20211107/pensiyacilarin-sayi-azalacaq---sebebler-434944189.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922224_283:0:1990:1280_1920x0_80_0_0_da3f3aaea77efba705bc049c8cae3d32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
samir şərifov, büdcə, maaş, artım, əməkhaqqı
samir şərifov, büdcə, maaş, artım, əməkhaqqı
Maliyyə naziri: Gələn ilin büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub
Sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri
Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.
S.Şərifov bildirib ki, artımlar hesabına sosial sığorta yığımları da artacaq: "Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib".
O bildirib ki, nəqliyyat, rabitə və kommunal sahələr üçün növbəti ilin dövlət büdcəsindən 479 milyon manat subsidiya ayrılması planlaşdırılır. Bunların sırasında "Bakı Metropoliteni" QSC və digər qurumlar var.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri və s. daxildir.
* Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?
*
Mərci şorbası iki manata: kişidən pul qopartmaq mümkün olacaqmı?
* Dövlət qurumu işçi axtarır,
maaş 2500-3 700 manatdır