https://sputnik.az/20211101/kasiblar-ucun-vacib-mesele-yasayis-minimumu-ile-ehtiyac-meyari-birlesdirilsinmi-434678655.html
Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?
Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?
Sputnik Azərbaycan
Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddi artırılır. 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T10:02+0400
2021-11-01T10:02+0400
2021-11-01T10:02+0400
manat
iqtisadiyyat
türkiyə
yaşayış minimumu
ehtiyac meyarı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 1 noyabr — Sputnik. Gələn il üçün yaşayış minimumunun məbləği 205 manat, ehtiyac meyarının həddi isə 200 manat məbləğində müəyyən ediləcək. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, ehtiyac meyarının həddi isə 170 manat olub. Beləliklə, yaşayış minimumunun məbləği 9 manat, ehtiyac meyarının həddi isə 30 manat artırılır. Bu, "2022-ci il üçün yaşayış minimumu haqqında" və "2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində öz əksini tapıb.Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, yaşayış minimumunun 196 manatdan 205 manata qaldırılmasının gözləntiləri tam qarşıladığını söyləmək mümkün deyil: "Çünki hələ də yaşayış minimumunun hesablanması qaydaları ilə bağlı dəyişiklik olmayıb. Gözləntilərdən biri ondan ibarətdir ki, yaşayış minimumunun hesablanma qaydaları daha da müasirləşdiriləcək və buna uyğun olaraq maaş, təqaüd və sosial müavinətlərin hesablanma qaydalarına da dəyişiklik ediləcək. Bu məsələdə hələ ki, ciddi irəliləyiş olmayıb".O bildirib ki, bahalaşmanın da burada öz əksini tapmadığını söyləmək mümkündür: "Çünki ərzaq inflyasiyası yüksəkdir, qiymətlər sürətlə artır. Bu il kommunal xidmətlər də artıb. Fikrimcə, bunlar yaşayış minimumunda daha çox öz əksini tapmalı idi. Yaşayış minimumunun məbləğinin artırılması müsbətdir, amma bu artım gözləntiləri tam qarşılamır. Çünki yaşayış minimumunun hesablanması digər sosial ödənişlərin hesablanmasına da təsir göstərir. Burada müəyyən dəyişiklik olmalı idi ki, digər ödənişlərdə də nəzərəçarpacaq artımlar baş verə bilsin".İqtisadçının fikrincə, yaşayış minimumunun məbləği ilə ehtiyac meyarının həddini bərabər etməkdənsə, bunların hesablanma qaydalarında dəyişiklik edilməlidir:"Azərbaycanda bu istiqamətdə hesablama qaydaları köhnəlib, müasir deyil. Burada başqa elementlər də nəzərə alınmalıdır. Məsələn, 4 nəfərlik orta statistik ailənin ehtiyaclarına uyğun hesablamaların aparılması daha doğru olardı. Yəni yaşayış minimumu ilə ehtiyac meyarının birləşdirilməsi və ümumi bir konsepsiya ilə hesablanma qaydalarının tətbiq edilməsi daha yaxşı olar. Və buna mərhələli şəkildə, yavaş-yavaş keçsələr daha doğrudur. Çünki birdən-birə hesablama qaydalarını dəyişsək, avtomatik olaraq rəqəm artacaq. Rəqəm artanda da ölkədə yoxsulluq səviyyəsi artacaq və s. Ona görə də addım-addım buna getmək daha yaxşıdır"."Məsələn, Türkiyədə fərqli bir sistemdir və orada həmkarların böyük rolu var. Bizdə isə tamam fərqlidir. Türkiyədə 4 nəfərlik ailənin yaşayış minimumu indiki qiymətlərlə 10 min lirəyə yaxındır, yəni təxminən 2 min manata yaxındır, adambaşına təqribən 500 manat düşür. Bizdə də belə hesablamalar aparsaq, yüksək rəqəmlər alınacaq", - deyə o əlavə edib.Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, türkiyə, yaşayış minimumu, ehtiyac meyarı
manat, türkiyə, yaşayış minimumu, ehtiyac meyarı
Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?
Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddi artırılır.
BAKI, 1 noyabr — Sputnik. Gələn il üçün yaşayış minimumunun məbləği 205 manat, ehtiyac meyarının həddi isə 200 manat məbləğində müəyyən ediləcək. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, ehtiyac meyarının həddi isə 170 manat olub. Beləliklə, yaşayış minimumunun məbləği 9 manat, ehtiyac meyarının həddi isə 30 manat artırılır. Bu, "2022-ci il üçün yaşayış minimumu haqqında" və "2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində öz əksini tapıb.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, yaşayış minimumunun 196 manatdan 205 manata qaldırılmasının gözləntiləri tam qarşıladığını söyləmək mümkün deyil:
"Çünki hələ də yaşayış minimumunun hesablanması qaydaları ilə bağlı dəyişiklik olmayıb. Gözləntilərdən biri ondan ibarətdir ki, yaşayış minimumunun hesablanma qaydaları daha da müasirləşdiriləcək və buna uyğun olaraq maaş, təqaüd və sosial müavinətlərin hesablanma qaydalarına da dəyişiklik ediləcək. Bu məsələdə hələ ki, ciddi irəliləyiş olmayıb".
O bildirib ki, bahalaşmanın da burada öz əksini tapmadığını söyləmək mümkündür: "Çünki ərzaq inflyasiyası yüksəkdir, qiymətlər sürətlə artır. Bu il kommunal xidmətlər də artıb. Fikrimcə, bunlar yaşayış minimumunda daha çox öz əksini tapmalı idi. Yaşayış minimumunun məbləğinin artırılması müsbətdir, amma bu artım gözləntiləri tam qarşılamır. Çünki yaşayış minimumunun hesablanması digər sosial ödənişlərin hesablanmasına da təsir göstərir. Burada müəyyən dəyişiklik olmalı idi ki, digər ödənişlərdə də nəzərəçarpacaq artımlar baş verə bilsin".
İqtisadçının fikrincə, yaşayış minimumunun məbləği ilə ehtiyac meyarının həddini bərabər etməkdənsə, bunların hesablanma qaydalarında dəyişiklik edilməlidir:
"Azərbaycanda bu istiqamətdə hesablama qaydaları köhnəlib, müasir deyil. Burada başqa elementlər də nəzərə alınmalıdır. Məsələn, 4 nəfərlik orta statistik ailənin ehtiyaclarına uyğun hesablamaların aparılması daha doğru olardı. Yəni yaşayış minimumu ilə ehtiyac meyarının birləşdirilməsi və ümumi bir konsepsiya ilə hesablanma qaydalarının tətbiq edilməsi daha yaxşı olar. Və buna mərhələli şəkildə, yavaş-yavaş keçsələr daha doğrudur. Çünki birdən-birə hesablama qaydalarını dəyişsək, avtomatik olaraq rəqəm artacaq. Rəqəm artanda da ölkədə yoxsulluq səviyyəsi artacaq və s. Ona görə də addım-addım buna getmək daha yaxşıdır".
"Məsələn, Türkiyədə fərqli bir sistemdir və orada həmkarların böyük rolu var. Bizdə isə tamam fərqlidir. Türkiyədə 4 nəfərlik ailənin yaşayış minimumu indiki qiymətlərlə 10 min lirəyə yaxındır, yəni təxminən 2 min manata yaxındır, adambaşına təqribən 500 manat düşür. Bizdə də belə hesablamalar aparsaq, yüksək rəqəmlər alınacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.