Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın titullu güləşçisi futbol turnirinin ən yaxşı oyunçusu seçilib

© Photo : Kadir Caliskan / UWWHacı Əliyev, arxiv şəkli
Hacı Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Azərbaycan güləşçilərinin komandasına Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Coşqun Əzimov, Yaşar Əliyev, Sənan Süleymanov daxil olublar. Bu komanda futbol turnirində ikinci yeri tutub.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda İkinci Qarabağ müharibəsində Qələbə Gününə həsr olunmuş üç həftəlik mini-futbol turniri keçirilib və burada təkcə futbol kollektivləri deyil, həm də güləşçilər, cüdoçular və taekvondoçulardan ibarət komandalar da iştirak ediblər. Yarışda ümumilikdə 64 kollektiv iştirak edib.
Nəticədə Azərbaycan güləşçilərindən ibarət komanda final görüşündə Tovuz komandasına 1:2 hesabı ilə məğlub olaraq ikinci yeri tutub. Qeyd edək ki, Tovuz komandası futzal üzrə Azərbaycan çempionatında iştirak edir.
Azərbaycanın ən titullu güləşçilərindən biri, ikiqat Olimpiya mükafatçısı, sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyev turnirin ən yaxşı oyunçusu seçilib. Güləşçilər komandasının tərkibinə 2012-ci ilin Olimpiya çempionu Toğrul Əsgərov, dünya və Avropa çempionatlarının qalibləri Cəbrayıl Həsənov, Coşqun Əzimov, Yaşar Əliyev, Sənan Süleymanov da daxil olmaqla, digər tanınmış Azərbaycan güləşçiləri də burada yer alıb.
Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
İDMAN
Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
Hacı Əliyev özü də "Instagram" səhifəsində Qələbə Gününə həsr olunmuş futbol turnirinin ən yaxşı oyunçusu olmaqdan xoşbəxt olduğunu bildirib.
"Turnirin ən yaxşı futbolçusu adına layiq görüldüyüm üçün çox sevinirəm. Güləşçilərimizi futbol turnirində ikinci yerə görə təbrik edirəm", - deyə Əliyev qeyd edib.
Qeyd edək ki, güləşçilər futbolu birinci dəfə oynamırlar. Məsələ ondadır ki, mini-futbol Azərbaycan güləşçilərinin hazırlıq prosesinə daxildir və bu məşq prosesinin əsas hissəsindən sonra isinmə hərəkətləri kimi istifadə olunur.
Eləcə də oxuyun:
* Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın püşkü atılıb
* Paytaxt klubu bölgəyə köçür, adını da dəyişəcək
* Azərbaycan çempionatının bombardiri ilk dəfə Gürcüstan yığmasına çağırılıb
Xəbər lenti
0