Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paytaxt klubu bölgəyə köçür, adını da dəyişəcək

© Photo : Facebook / KEŞLƏ FKKeşlə futbolçuları
Keşlə futbolçuları - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.
BAKI, 10 noyabr — Sputnik. Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.
Sputnik Azərbaycan AFFA-nın məlumatına istinadən bildirir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.
Qarabağ futbolçuları - Sputnik Azərbaycan, 1920, 05.11.2021
İDMAN
"Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı
"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.
UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.
Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Qeyd edək ki, "Keşlə" daha əvvəl "Xəzər Universiteti" və "İnter" adları altında çıxış edib.
Xəbər lenti
0