https://sputnik.az/20211107/azerbaycanin-daha-bir-gulescisi-dunya-cempionu-oldu-434982214.html
Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
Sputnik Azərbaycan
Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb. 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T23:42+0400
2021-11-07T23:42+0400
2021-11-08T10:16+0400
idman
güləş
güləş üzrə dünya çempionatı
sərbəst güləş
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434981569_0:172:2400:1522_1920x0_80_0_0_469087fd7adcde47311bea67b2e3a039.jpg
BAKI, 7 noyabr - Sputnik. Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal əldə edib.92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala yiyələnib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434981569_63:0:2196:1600_1920x0_80_0_0_122630c3de0bf40fac678383e86d1b09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləş, güləş üzrə dünya çempionatı, sərbəst güləş
güləş, güləş üzrə dünya çempionatı, sərbəst güləş
Azərbaycanın daha bir güləşçisi dünya çempionu oldu
23:42 07.11.2021 (Yenilənib: 10:16 08.11.2021) Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.
BAKI, 7 noyabr - Sputnik. Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal əldə edib.
92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.
Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala yiyələnib.