https://sputnik.az/20211105/qarabag-reytinqde-qalatasarayi-qabaqladi-434906135.html
"Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı
"Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı
Sputnik Azərbaycan
Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda yeddi pillə irəliləyib. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T11:16+0400
2021-11-05T11:16+0400
2021-11-05T11:28+0400
idman
uefa
qarabağ fk
reytinq
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/05/434904102_0:0:2135:1200_1920x0_80_0_0_461d19b925c0cf7924fcd1895c03efc2.jpg
BAKI, 5 noyabr — Sputnik. Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.Sputnik Azərbaycan apasport.az-a istinadən xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda 57-ci yerə yüksəlib. Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri "Makkabi" (Təl-Əviv), "Qalatasaray", "Feyenoord", "Alkmaar", "Volfsburq", "Hoffenhaym", "Real Sosyedad", "Lill", "Borussiya" (Mönhenqladbax) kimi komandaları qabaqlayır.Qeyd edək ki, cədvələ 129,000 xala malik "Bavariya" başçılıq edir.Eləcə də oxuyun:* Fotolent: "Qarabağ"ın "Kayrat" üzərində qələbəsi şəkillərdə* Qurbanov: "Almatının şaxtalı havası "Qarabağ"ı ancaq motivasiya edir"* "Qarabağ" darmadağınla çempionatın liderliyinə yüksəldi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/05/434904102_79:0:1970:1418_1920x0_80_0_0_df22eec8b2e037b74ccacea9242f8521.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uefa, qarabağ fk, reytinq
uefa, qarabağ fk, reytinq
"Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı
11:16 05.11.2021 (Yenilənib: 11:28 05.11.2021) Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda yeddi pillə irəliləyib.
BAKI, 5 noyabr — Sputnik. Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.
Sputnik Azərbaycan apasport.az-a istinadən xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yalnız bir klubu yer alıb.
Konfrans Liqasının "Kayrat"la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" siyahıda 57-ci yerə yüksəlib. Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri "Makkabi" (Təl-Əviv), "Qalatasaray", "Feyenoord", "Alkmaar", "Volfsburq", "Hoffenhaym", "Real Sosyedad", "Lill", "Borussiya" (Mönhenqladbax) kimi komandaları qabaqlayır.
Qeyd edək ki, cədvələ 129,000 xala malik "Bavariya" başçılıq edir.