Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" darmadağınla çempionatın liderliyinə yüksəldi

© Photo : Facebook / Neftçi PFK / Leka Sattarova"Qarabağ" - "Neftçi" oyunundan kadr, arxiv şəkli
Qarabağ - Neftçi oyunundan kadr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Ölkə çempionatlarında 85-ci dəfə baş tutan Azərbaycan derbisinin taleyi birinci hissədəcə həll olunub.
BAKI, 30 oktyabr - Sputnik. Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, ilk gündə iki oyun baş tutub.
İlk olaraq meydana paytaxt komandaları çıxıblar. “Zirə” doğma arenasında “Keşlə”ni sınağa çəkib. Ötən tur məğlubiyyətə düçar olan komandaların duelindən ev sahibləri qalib ayrılıblar. Birinci hissədə vurduğu iki cavabsız qolla qələbə qazanan “Zirə” ilk “dördlük”dəki mövqeyini möhkəmlədib.
Ardından mövsümün dörd mərkəzi matçından ikincisi keçirilib. Çempionluğa iddialı əzəli rəqiblər “Qarabağ”la “Neftçi” birincilərin meydanında üz-üzə gəlib. Ölkə çempionatlarında 85-ci dəfə baş tutan Azərbaycan derbisinin taleyi birinci hissədəcə həll olunub. Qurban Qurbanovun yetirmələri 14 dəqiqə ərzində rəqibi düz üç dəfə mərkəzə dəvət ediblər. “Neftçi”nin ikinci hissədəki cəhdləri bir nəticə vermədiyindən, “Qarabağ” son çempionu darmadağına məruz qoyub. Beləliklə, birinci dövrədə olduğu kimi, rəqibini yenə üstələyən Ağdam təmsilçisi vahid liderliyi ələ keçirib.
Qeyd edək ki, turun “Qəbələ” – “Sabah” (16:00) və “Sumqayıt” – “Səbail” (18:15) oyunları sabah keçiriləcək.
IX tur
30 oktyabr
16:00. “Zirə” – “Keşlə” - 2:0
Qollar:
Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi” - 3:0
Qollar:
Filip Ozobiç, 10, 23 (pen.), Abdullah Zubir, 14
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
“Azersun Arena”
Eləcə də oxuyun:
* DÇ-2022 üçün ofsayd aşkarlama sistemi hazırlanıb
* Azərbaycan millisinin son iki oyunu üçün biletlər satışa çıxarılıb
* "Sabah"a Rusiyadan məşqçi gəlir
Xəbər lenti
0