https://sputnik.az/20211103/qurbanov-almatinin-saxtali-havasi-qarabagi-ancaq-motivasiya-edir-434863629.html
Qurbanov: "Almatının şaxtalı havası "Qarabağ"ı ancaq motivasiya edir"
Qurbanov: "Almatının şaxtalı havası "Qarabağ"ı ancaq motivasiya edir"
Sputnik Azərbaycan
Ağdam klubunun baş məşqçisi UEFA Konfrans Liqasının qrup mərhələsində Almatının "Kayrat" klubu ilə gözlənilən oyundan öncə fikirlərini bölüşüb. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T23:16+0400
2021-11-03T23:16+0400
2021-11-03T23:16+0400
idman
mətbuat konfransı
qurban qurbanov
qazaxıstan
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425576144_0:0:3078:1731_1920x0_80_0_0_94588729a7924b99237e50697cca7246.jpg
BAKI, 3 noyabr - Sputnik. Almatının şaxtalı havası "Qarabağ"ın oyunçularını "Kayrat"la oyuna daha çox kökləyir. Sputnik Azərbaycan bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib. Cümə axşamı, noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Qazaxıstanın "Kayrat" klubu öz meydanında Azərbaycanın vitse-çempionu "Qarabağ"ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə 19:30-da başlanacaq.Oyunöncəsi mətbuat konfransında Qurban Qurbanova komandasının avrokuboklarda məğlubiyyətsiz çıxışının sirri barədə sual veriblər. "Qarabağ" bu mövsüm cəmi bircə dəfə uduzub, o da Azərbaycan Premyer Liqasının səkkizinci turunda "Səbail"ə qarşı oyunda olub - (1:3). O həmçinin qeyd edib ki, hazırda Almatıda müşahidə olunan şaxtalı hava yetirmələri üçün maneə olmayacaq. "Təbiətin pis havası yoxdur. Çətinliklərə hazır olmaq lazımdır. Belə hava şəraiti bizi daha çox motivasiya edir. Oyun səfərdə olsa da hər iki komanda üçün çətin olacaq", - Qurbanov əlavə edib. Qeyd edək ki, "Qarabağ" qalib gələrsə, Konfrans Liqasının pley-offuna çıxmağı təmin edir, bu isə Ağdam klubunun ilk dəfə Avropa Kubokunda yaz mövsümü keçirəcəyi anlamına gəlir. "Bu barədə indidən fikirləşsək, bu bizə mane olacaq. Qarşıda hələ qrupun üç oyunu var. Qələbə qazanmaq, hər bir rəqiblə yaxşıca döyüşmək istəyirik. Əgər buna nail olsaq, oyunumuzu yaxşılaşdıracağıq, eyni zamanda nəticə də əldə edəcəyik. Klub kimi avrokuboklarda çıxışlarımız zamanı böyük təcrübə yığmışıq. İrəli getmək şansımız bir neçə dəfə olub, ancaq hər dəfə nəsə çatmayıb. Ruhdan düşmürük və bunu da problem saymırıq. İdmanda hər şey ola bilər", - Qurbanov vurğulayıb. Mütəxəssis Qazaxıstan klubunun güclü tərəflərini də açıqlayıb."İlk növbədə qeyd etməliyəm ki, komandanın güclü və təcrübəli baş məşqçisi var. "Kayrat" kollektiv oyuna və nizamlı hücuma üstünlük verir, onlar əks-hücumda da təhlükəlidirlər. Qarşılıqlı anlaşma da yüksək səviyyədədir. Komanda topla da, topsuz da oynamağı bacarır. İlk dəqiqələrdən diqqətli olmaq lazım gələcək, rəqibimizə hörmətlə yanaşırıq", - Qurbanov söyləyib.
https://sputnik.az/20211102/qarabag-azarkeslerine-ela-sans-kayratla-oyuna-ucuz-baxa-bilecekler-434807911.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425576144_347:0:3078:2048_1920x0_80_0_0_4f9a7451e43ca2d4adfe03ce2ca18df3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
mətbuat konfransı, qurban qurbanov, qazaxıstan, "qarabağ" fk
mətbuat konfransı, qurban qurbanov, qazaxıstan, "qarabağ" fk
Qurbanov: "Almatının şaxtalı havası "Qarabağ"ı ancaq motivasiya edir"
Ağdam klubunun baş məşqçisi UEFA Konfrans Liqasının qrup mərhələsində Almatının "Kayrat" klubu ilə gözlənilən oyundan öncə fikirlərini bölüşüb.
BAKI, 3 noyabr - Sputnik. Almatının şaxtalı havası "Qarabağ"ın oyunçularını "Kayrat"la oyuna daha çox kökləyir.
Sputnik Azərbaycan bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi
Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib.
Cümə axşamı, noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Qazaxıstanın "Kayrat" klubu öz meydanında Azərbaycanın vitse-çempionu "Qarabağ"ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə 19:30-da başlanacaq.
Oyunöncəsi mətbuat konfransında Qurban Qurbanova komandasının avrokuboklarda məğlubiyyətsiz çıxışının sirri barədə sual veriblər. "Qarabağ" bu mövsüm cəmi bircə dəfə uduzub, o da Azərbaycan Premyer Liqasının səkkizinci turunda "Səbail"ə qarşı oyunda olub - (1:3).
"Bir baş məşqçi kimi bu mənə xoşdur. Digər tərəfdən də bu, narahatlıq doğurur. Seriyanı davam etdirmək istəyirik. Ancaq istənilən seriya sonunda qırılır. Başımızı bunlarla doldurmaq istəmirik. Hər oyuna ciddi hazırlaşırıq. Bu seriyada da heç bir sirr yoxdur. Əgər uduzmuruqsa, deməli, oyunlara yaxşı hazırlaşırıq", - Qurbanov deyib.
O həmçinin qeyd edib ki, hazırda Almatıda müşahidə olunan şaxtalı hava yetirmələri üçün maneə olmayacaq.
"Təbiətin pis havası yoxdur. Çətinliklərə hazır olmaq lazımdır. Belə hava şəraiti bizi daha çox motivasiya edir. Oyun səfərdə olsa da hər iki komanda üçün çətin olacaq", - Qurbanov əlavə edib.
Qeyd edək ki, "Qarabağ" qalib gələrsə, Konfrans Liqasının pley-offuna çıxmağı təmin edir, bu isə Ağdam klubunun ilk dəfə Avropa Kubokunda yaz mövsümü keçirəcəyi anlamına gəlir.
"Bu barədə indidən fikirləşsək, bu bizə mane olacaq. Qarşıda hələ qrupun üç oyunu var. Qələbə qazanmaq, hər bir rəqiblə yaxşıca döyüşmək istəyirik. Əgər buna nail olsaq, oyunumuzu yaxşılaşdıracağıq, eyni zamanda nəticə də əldə edəcəyik. Klub kimi avrokuboklarda çıxışlarımız zamanı böyük təcrübə yığmışıq. İrəli getmək şansımız bir neçə dəfə olub, ancaq hər dəfə nəsə çatmayıb. Ruhdan düşmürük və bunu da problem saymırıq. İdmanda hər şey ola bilər", - Qurbanov vurğulayıb.
Mütəxəssis Qazaxıstan klubunun güclü tərəflərini də açıqlayıb.
"İlk növbədə qeyd etməliyəm ki, komandanın güclü və təcrübəli baş məşqçisi var. "Kayrat" kollektiv oyuna və nizamlı hücuma üstünlük verir, onlar əks-hücumda da təhlükəlidirlər. Qarşılıqlı anlaşma da yüksək səviyyədədir. Komanda topla da, topsuz da oynamağı bacarır. İlk dəqiqələrdən diqqətli olmaq lazım gələcək, rəqibimizə hörmətlə yanaşırıq", - Qurbanov söyləyib.