SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?

© pixabay / Daniel_B_photosMəhkəmə çəkici, arxiv şəkli
Məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Reallıq həm də ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri qərəzli şəkildə müdafiə edən qüvvələr də mövcuddur.
BAKI, 4 noyabr — Sputnik. "Ermənilər və Ermənistanın siyasi rəhbərliyi 30 illik işğal dövründə törətdiyi cinayətlərə görə də konkret cavabdehlik daşımalıdır. Bu istiqamətdə aidiyyəti qurumlarla birgə işlərimiz davam etdirilir". Bu fikirləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Qeyd edək ki, sentyabrın 23-ü Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir.
Sputnik Azərbaycan Azərbaycanın iddialarının təmin olunması istiqamətində beynəlxalq məhkəmənin verə biləcəyi mümkün qərarlarla bağlı politoloq Elşən Manafovun və beynəlxalq hüquq məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Allahverdiyevin fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, işğalın davam etdiyi illər ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin dəyəri yüz milyard dollarla ölçülə bilər. Politoloq deyib ki, işğal olunan ərazilərdə dağıdılmış infrastrukturla yanaşı, Azərbaycana bu illər ərzində əldə edə biləcəyi gəlirlər baxımından da ziyan vurulub.
"Azərbaycan bu gün həmin ərazilərin bərpası üçün böyük miqdarda vəsait xərcləməlidir. Ermənistanın Azərbaycana münasibətdə yol verdiyi ən böyük cinayət Xocalı faciəsidir. Bu hadisələr araşdırılıb. Faciənin törədilməsindəki təqsirkar şəxslərin kimliyi məlumdur. Onlar bir vaxtlar Ermənistanın siyasi elitasında təmsil olunurdular. Praktikada da hərbi cinayətlər törətmiş şəxslərin mühakimə olunduğunu görmüşük. Ancaq bu baş verən örnəklər də həmin şəxslərin törətdiyi cinayətlərdən daha çox, siyasi sifarişin nəticəsi olub".
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan
Elşən Manafov
politoloq
Onun sözlərinə görə, Haaqa məhkəməsinin qərarlarına supergüclərin təsir imkanları kifayət qədərdir: "Azərbaycan regionun lider dövləti olsa da, qlobal məkanda baş verənlərə kifayət qədər təsir etmək imkanlarına malik deyil. Müharibədə qazandığımız qələbə bölgədə maraqları olan ölkələri Azərbaycanla münasibətləri qarşılıqlı hörmət və anlaşma prinsipləri üzərində qurmağa vadar etməlidir. Bu mənada bizə tərəfdaş olan güclərin sayı durmadan artmaqdadır. Bu baxımdan hüquqi istiqamətdə müntəzəm addımların atılması ilə yanaşı, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan Haaqaya təsir etmək imkanları olan qüvvələrlə əməkdaşlıqların gücləndirilməsi vacibdir".
Bakı - Sputnik Azərbaycan, 1920, 21.10.2021
SİYASƏT
XİN Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb
Elşən Manafov vurğulayıb ki, bütün cinayətlər konkret şəkildə yığılmalı və sənədləşdirilməsi aparılmalıdır: "Bu, uzun çəkən proses olacaq. Burada Ermənistan tərəfinin baş vermiş hadisələrə görə məsuliyyət daşımaqdan imtina etməsi də istisna deyil. Çünki Ermənistan hər zaman separatçı qüvvələrə humanitar yardım göstərdiyini bildirir. Bu ölkə müharibədə iştirak faktını da danır. Amma son müharibə də göstərdi ki, Azərbaycan Ordusu Ermənistanı məğlub edib. Bu baxımdan, Azərbaycana qarşı elan edilməmiş müharibəyə, iqtisadiyyatımıza vurulan ziyana, hərbi qanunların pozulmasına görə Ermənistan rəsmiləri və dövləti məsuliyyətə cəlb edilməlidir".
Beynəlxalq hüquq məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Allahverdiyev isə bildirib ki, Ermənistanın törətdiyi cinayətlər tək bir regionla bağlı deyil, baş verənlər beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid yaradan cinayətlərdir: "Bu baxımdan məsələyə tək Azərbaycan deyil, bütün region ölkələri öz münasibətini ifadə etməlidir. Məhkəmələrdə keçirilən dinləmələr ümid yaratsa da, açıq desək, bir çox hallarda bunun əksini də görə bilirik. Misal olaraq, Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə 2015-ci ildə qəbul etdiyi qərarı göstərə bilərəm. Hələ də bu qərarın icrası təmin olunmayıb. Amma normalda Ermənistan məcburi şəkildə bu qərarı icra etməlidir".
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 30.10.2020
CƏMİYYƏT
Hikmət Hacıyev: “Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”
"Bu gün keçirilən dinləmələrlə artıq dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edə bilmişik. İndiyə qədər də baş verən hadisələri xronoloji formada dünya ictimaiyyətinə çatdırmaq imkanımız olub. Vətən müharibəsinin davam etdiyi müddətdə də həqiqətlərin beynəlxalq informasiya məkanında, həmçinin sosial şəbəkələr üzərindən dünyaya çatdırılması uğurlu şəkildə həyata keçirildi. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti informasiya cəbhəsində də effektiv oldu. Bu baxımdan, hesab edirəm ki, hazırkı şəraitdə beynəlxalq dinləmələrin hər hansı bir nəticəsi ola bilər. Amma burada reallıq həm də ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri qərəzli şəkildə müdafiə edən qüvvələr də mövcuddur", – deyə Ə.Allahverdiyev deyib.
Hüquqşünas bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq təzyiqlərin artırılmasını tələb edir: "Azərbaycan tərəfi sülh şəraitində yaşamaq, əməkdaşlıq təkliflərini irəli sürsə də, Ermənistan tərəfi hələ də işğaldan azad etdiyimiz ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır. Bir çox hallarda isə verdiyi xəritələrdə həqiqət payı aşağı olur. Ermənistan tərəfi aktiv döyüş əməliyyatları bitərkən bu xəritələri təhvil verməli idi. Bu baxımdan, beynəlxalq təzyiqi vacib hesab edirik. Belə bir inamsızlıq şəraitində isə beynəlxalq məhkəmələrdən konkret bir şey gözləmək olmur".
Eləcə də oxuyun:
* Paşinyan və Əliyev görüşəcək? – Yerevan hələ də xəbərsizdir
* Qafqazda Ərdoğan variantı: suallar çox, cavablar az
* Ermənistan söz verib ki, xəritələri qısa müddətdə hazırlayıb bizə verəcək - Baş Prokuror
* Ekspertlər: "3+3" formatından kənarda qalmaq istəmirlər, lakin həm də çəkinirlər
Xəbər lenti
0