SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan söz verib ki, xəritələri qısa müddətdə hazırlayıb bizə verəcək - Baş Prokuror

© Photo : REPORTKamran Əliyev, arxiv şəkli
Kamran Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Haber Global"a müsahibəsində deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir.
BAKI, 2 noyabr — Sputnik. Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Haber Global"a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan həmin xəritələri ya vermir, ya da verilən xəritələr tam dəqiq olmur: "Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Həm bir tərəfdən həmin ərazilərin öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizlənməsini həyata keçiririk, həm də Ermənistan tərəfi ilə də danışıqlar aparırıq.
Qazaxıstanın paytaxtı Nur-Sultanda olarkən Rusiyanın Baş prokurorunun təşəbbüsü ilə Ermənistan Baş prokuroru ilə görüşdük. Onlar bizə söz veriblər ki, bu xəritələri qısa müddətdə aidiyyəti qurumlarla birgə hazırlayıb təqdim edəcəklər".
K.Əliyev bildirib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında daşı daş üstündə qoymayıb: "Evlərin daşına qədər söküb satıblar, mənimsəyiblər və ya Ermənistana aparıblar. Cinayətlər çoxdur. Ekoloji, tarixi abidələrə qarşı cinayətlər var. Yalnız tarixi abidələri deyil, ümumiyyətlə vətəndaşlarımızın evlərini söküb, dağıdıblar".
Baş prokuror söyləyib ki, sentyabr ayında Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub:
"Biz orada Hərbi Prokurorluq binalarının açılışını etdik. Yol boyu dağıntılar görürsən və düşünürsən ki, nə vaxtsa burada insanlar, ailələr yaşayıb, övladlar böyüdüblər.
Amma indi hamısı xarabalığa çevrilib. Bunun cavabı olmalıdır. Yalnız torpağı hərbi yolla geri almaqdan ibarət deyil. Eyni zamanda ermənilər və Ermənistanın siyasi rəhbərliyi 30 illik işğal dövründə törətdiyi cinayətlərə görə də konkret cavabdehlik daşımalıdır.
Bu istiqamətdə aidiyyəti qurumlarla birgə işlərimiz davam etdirilir. Bilirsiniz ki, ölkə rəhbərliyinin tapşırığı əsasında Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddialar qaldırıb. Artıq məhkəməyə sübutlar təqdim edilib. Kifayət qədər sübutlarımız və hüquqi əsaslandırmamız var. Hazırda Azərbaycanın şikayətləri baxılma mərhələsindədir".
Xəbər lenti
0